Birinci divizionda mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayev Qol.Az saytına müsahibəsində komandanın hazırkı vəziyəti və gələcək planları haqda danışıb.
- Əvvəlcə bilmək istərdik ki, “Şəmkir”in son durumu nə yerdədir?
- Əlimizdən gələni edirik ki, komandamızın əvvəlki gücünü geri qaytaraq. “Şəmkir” üçün yaradılan şərait də buna imkan verir. Hazırlıq prosesi davam edir. Komandamız gələcək vəd edən gənc futbolçulardan təşkil olunub. Artıq dörd yoxlama görüşü də keçirmişik. Bunlardan 3-də qələbə qazana bildik. Bir matç isə heç-heçə bitdi. Avqustun 18-də Gürcüstan klubu ilə yoxlama oyunu keçirəcəyik.
- Komandaya yeni futbolçular cəlb etmisiniz?
- “Şəmkir”ə ilk gəldiyim vaxtda bir çox dəyişiklik etdik. Rayon rəhbərliyindən də dəstək istədim və komandaya köməklik etdilər. Bunun nəticəsində çempionatın sonuna yaxın turnir cədvəlində bir neçə pillə qalxmağı bacardıq. Yay transfer pəncərəsində də komandamıza gənc futbolçular cəlb etdik.
- Sizcə, bu gənclər etimadı doğrulda biləcəkmi? Bunun üçün məşqçi olaraq siz hansı işləri görürsünüz?
- Bilirsiniz, bu işdə mənim qədər onlar da çalışmalıdır. Öz üzərlərində daim işləməlidirlər. Mən hər zaman çalışıram ki, futbolçulara tək futbol oynamaq deyil, insanlıq da öyrədim ki, sabah onlar özlərini ulduz hesab edib, əllərində olanı itirməsinlər. Qoy, Rəşad Sadıqovdan örnək götürsünlər. Rəşad heç nəyə qarışmadan başını aşağı salıb futbol oynayır, karyerasını uğurla davam etdirir. O, bir peşəkardır.
- Sizcə, Azərbaycan futbolunda önəmli yer tutmuş “Şəmkir”i əvvəlki vəziyyətinə qaytarmaq mümkün olacaq?
- Bunun üçün istək lazımdır. Biz də bacardığımızı edirik. Klub rəhbərliyi də əlindən gələni əsirgəmir. Komandamız üçün yeni baza tikilir. Amma əvvəlki “Şəmkir”i geri qaytarmaq üçün bir qədər vaxt lazımdır.
- Komandanın maliyyə durumu nə yerdədir?
- Bir az çətinliklər var. Buna baxmayaraq, klub rəhbərliyi əlindən gələni edir ki, futbolçularımız bütün diqqətini oyuna yönəltsin. Düşünürəm ki, bu gün “Şəmkir” üçün nə lazımdırsa olunur. AFFA da öz köməyini əsirgəmir ki, bölgələrdə futbol hər zaman yaşasın.
- 2015/2016 mövsümü üçün komandanızın planları nədən ibarətdir?
- Çalışacağıq ki, ilk pillələr üçün mübarizə aparaq və növbəti mövsüm əsas liqaya yüksələk. Amma yenə qeyd edirəm ki, bunun üçün bizə zaman lazımdır. Çünki heç nə birdən-birə olmur. Çalışacağıq ki, az maliyyə ilə komandanın durumunu düzəldək və daha yaxşı yerlər uğrunda mübarizə aparaq. Əgər istəyimizə nail olsaq, gələcəkdə daha yaxşı olacağına inanıram.
- Yəni “Şəmkir”in bu mövsüm əsas məqsədi Premyer Liqaya yüksəlmək olacaq?
- Niyə də olmasın? Hər şey zamanla daha yaxşı olacaq. Biz meydana yaxşı futbol oynamaq və qələbə qazanmaq üçün çıxırıq.
- Klub rəhbərliyi komandanı Premyer Liqaya yüksəltmək haqqında sizinlə söhbət edib?
- Elə bir söhbətimiz olmayıb. Amma yəqin ki, ilk pillələrdə qərarlaşa bilsək, “Şəmkir”ə dəstək olacaq sponsorlar tapılacaq. Oynamayandan sonra kim bizi dəstəkləyəcək? Həmişə bizə deyirdilər ki, siz oynayın, sponsor gələcək.
- Bəs, komandaya azarkeşlər tərəfindən əvvəlki dəstək varmı?
- Bəli, bizim azarkeşlər hər zaman komandanın yanında olub. Dar gündə belə komandamızı tək buraxmayıblar. Əvvəlkitək komandamıza maraq böyükdür. Mən də onlara söz verirəm ki, əlimizdən gələni edib, “Şəmkir”in əvvəlki gücünü bərpa edəcəyik.
Ergün SEYİD
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı
Azərbaycan millisinin rəqibi müəyyənləşdi
30 il sonra...
"Qalatasaray" "Fənərbaxça"nı belə məğlub etdi - Video
“Özümü sübut etmək üçün mənə vaxt verilmədi” - Juninyo
Harri Keyn "Tottenhem"ə təşəkkür etdi
İstanbul derbisində futbolçular arasında dava düşdü - Video
“Qızıl top”un yekun sıralaması
"Qızıl top"un qalibi açıqlandı
Putelyasdan tarixi uğur – Üçüncü “Qızıl top”
İlin ən yaxşı hücumçusu odur
PSJ ilin klubu seçildi
De la Fuente ilin ən yaxşı baş məşqçisi oldu
İlin ən yaxşı gənc futbolçusu seçildi
İstabul derbisini "Qalatasaray" qazandı
“Qızıl top”un təqdimetmə mərasimi gecikdi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video