"Güclü rəqiblərlə oyunlar çox əhəmiyyətlidir"
"Çempionatın başlanmasına çox az vaxt qalıb. Buna görə də hazırda təlim-məşq toplanışı keçməyimiz çox yaxşı oldu. Bundan əlavə, futbolçuları üç yoxlama görüşündə sınayacağımız da xeyrimizədir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.
Gənc mütəxəssis komandasının çempionata tam hazırlaması üçün əlindən gələni edəcəyini bildirib: "Güclü rəqiblərlə oyunlar zəif yerlərimizi görmək baxımından çox əhəmiyyətlidir. Çalışacağıq ki, komandaya gətirdiyimiz sistemi təkminləşdirək, eyni zamanda, səhvlər üzərində işləyək. Əlimizdən gələni edəcəyik ki, çempionata tam hazır vəziyyətdə çıxaq".