İslandiya çempionatında 12-ci turun oyunları keçirilir.
Qol.Az-ın məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində "İnter"in rəqibi olan "Hafnarfyordur" klubu bu gün növbəti matçına çıxıb.
Komanda öz meydanında "Reykravik"lə üz-üzə gəlib. Matçın 11-ci dəqiqəsində hesabı açan "Hafnarfyordur" fasiləyə üstün yollanıb. Lakin ikinci hissədə qapısında üç qol görən "İnter"in rəqibi meydanı xalsız tərk edib. Bu məğlubiyyətdən sonra "Hafnarfyordur" liderliyi əldən verərək ikinci pilləyə yuvarlanıb.
Qeyd edək ki, "Hafnarfyordur" iyulun 23-də Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "İnter"in qonağı olacaq.
20 iyul
İslandiya çempionatı, 12-ci tur
"Hafnarfyordur" - "Reykravik" - 1:3
Qollar: Palson, 11 (1:0), Fridyonson, 56-pen (1:1), Martin, 58 (1:2), Haukson, 68 (1:3)
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi