“Çempionlar Liqası digər turnirlərdən tam fərqlənir. Çox istərdik ki, ötən mövsüm daha uğurlu nəticə qazanaq. Bu il isə bizdən daha böyük gözləntilər var".
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Monteneqro çempionu haqda ehtiyatlı danışıb: "Pis hazırlaşmamışq. "Rudar" bizim gözləmədiyimiz bir rəqibdir. Əfsuslar olsun ki, “Rudar”ı istədiyimiz kimi analaiz edə bilməmişik. Beş yeni futbolçu alıblar. Onu deyə bilərəm ki, topla oynamağı sevən bir komandadır. Çox ciddi bir rəqibə qarşı oynayacağıq. Çalışacağıq ki, az səhv edək və yaxşı nəticə ilə oyunu başa vuraq”.
- Sabahkı start heyəti müəyyənləşdirmisiniz?
- Bəli, artıq heyəti müəyyən etmişəm.
- Bu gün “Qarabağ”a yeni hücumçu qoşuldu. Onun bir qədər gec gəlməsi planlarınıza təsir edəcəkmi?
- İnanmıram ki, bu, bizə təsir etsin. İndi oyunçu tapmaq çox çətindir. Çünki Türkiyə və Rusiyada legioner limitini götürüblər. Azad agent statusu olan futbolçu tapmaq builki qədər çətin olmamışdı. Biz də bir neçə futbolçu ilə danışıqlar aparırdıq. Ancaq bəziləri ilə razılaşmaq mümkün olmadı. Əsas odur ki, yeni hücumçu oyun üslubumuza uyğun olsun.
- Komandanızdan kəmiyyət və keyfiyyət baxımından razısınız?
- İndi hər bir komandada problem var. Heç bir komanda oyun baxımından ideal formada deyil. Düzdür, Avropa təcrübəmiz var, amma istədiyimiz oyun keçfiyyəti bir müddətdən sonra olacaq. Komandaya bir neçə gənc futbolçu cəlb etdik, iki legioner gətirdik. Ancaq yenə də yaxşı tranferə ehtiyacımız var.
- Bir sıra yerli və xarici futbolçular aldınız. “Qarabağ”ın oyununda hansı dəyişiklik olacaq?
- Çalışmışam ki, heç vaxt oyun tərzini dəyişməyim. Əksinə, mövcud sistemi bir qədər də təkmilləşdirmək istəyirəm. Yeni oyunçulara da bunu başa salıram.
- Rəqib futbolçularının bir çoxu “Qarabağ”ın qol silahı olan Reynaldodan çəkinir. Yəqin ki, sabahkı oyunda bütün diqqət Reynaldoda olacaq. Siz bununla bağlı nə tədbir görəcəksiniz?
- Bu, normaldır. Hər bir komanda Reynaldo kimi oyunçuya sahib olmaq istəyir. Çalışırıq ki, Reynaldo hər dəfə oyun performansını bir qədər də yaxşılaşdırsın. Çünki rəqiblər onu hər zaman diqqətdə saxlayır. Bizim də müəyyən planlarımız var.
- Rəqib haqda çox ehtiyatlı danışırsınız. Həqiqətənmi ehtiyatlanırsınız, yoxsa həmişəki kimi təvazökarlıq edirsiniz?
- Həmişə rəqiblərə hörmət edirik. Ancaq sabah görəcəksiniz ki, bu komanda topla necə davranır. Həm də bizi yaxşı analiz ediblər. Biz həmişə düzünü deməyə çalışırıq.
- Sabah “Qarabağ”ın mömin futbolçuları oruc tutacaq, yoxsa onlara bununla bağlı qadağa qoyacasınız?
- Mən bu yöndə heç kimə qadağa qoymuram. Heyəti seçəndə də buna fikir vermirəm.
- “Bakı”nın futbolçusu Mahir Mədətovu transfer etmək planınız var?
- Onunla bir müddət əvvəl maraqlanırdıq. İndi də marağımızdadır. Bununla bağlı “Bakı” klubunun cavabı da bizim üçün vacibdir.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı