"Qarabağ" adi rəqib deyil. Onlar ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində "Tvente"ni mübarizədən kənarlaşdırılıblar. Çempionlar Liqasının III təsnifat mərhələsində az qala "Zalsburq"u da üstələyəcəkdilər".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Rudar"ın kapitanı Nedelko Vlahoviç Monteneqro mətbuatına açıqlamasında deyib.
31 yaşlı futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"ı cütün favoriti adlandırıb: "Mən rəqib haqda əzbər söz danışmıram. Onların son nəticələrinə baxıb, fikir bildirirəm. Rəqibin uzun müddət birgə oynayan futbolçuları var. Şübhəsiz ki, "Qarabağ"ın hədəfi Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir.
"Qarabağ"ın favorit olduğunu bilirik. Ancaq əvvəlcədən təslim olmaq fikrində deyilik. Futbolda hər şey mümkündür. Heç bir komanda məğlubedilməz deyil. “Qarabağ”ı təəccübləndirməyə çalışacağıq. Ancaq bu, elə də asan olmayacaq. Arzumuz yaxşı oyun sərgiləmək və daha çox irəliləməkdir. Avropada güclü komandalara qarşı mübarizə aparmaq böyük zövqdür. Azarkeşlərimizə heç nə vəd etmirik. Ancaq bizim yüksək yerlər uğrunda mübarizə apara biləcək komandamız var".
"Qarabağ"ın qol silahı Reynaldo haqda danışan Vlahoviç deyib: "Reynaldo yaxşı hücumçudur. Digərlərindən fərqlənir. O, meydanda təcavüzkarı xatırladır".
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”