AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlər üçün brifinq keçirib.
Qol.Az-ın azerisport.az saytına istinadən yaydığı xəbərə görə, o, "Neftçi"nin baş məşqçisi Samir Əliyevin komandadakı taleyi ilə bağlı bunları söyləyib:
"Samir Əliyev öz vəzifəsində qalmalıdır. Çünki tarix göstərir ki, əcnəbi baş məşqçilərlə klublarımız ciddi uğurlar qazana bilmirlər. Nəticəni yerli mütəxəssislər veriblər. Samir gənc və iddialı məşqçidir. O, "Neftçi" ilə uğur qazana bilər".
AFFA prezidenti futbolun inkişafına dair yeni dövlət proqramının hazırlanmasından da söz açıb: "Yeni dövlət proqramında klublara maliyyə yardımı ilə bağlı bənd yoxdur. Biz qarşımıza yüksək hədəflər qoymuşuq. Çünki 2020-ci ildə Avropa çempionatının bir neçə oyunu Bakıda keçiriləcək. Elə çalışmalıyıq ki, Azərbaycan yığması da həmin AÇ-nin final mərhələsində iştirak edə bilsin. Ümumiyyətlə, klubların uğurlu çıxışı üçün pul ən vacib məsələ deyil. Klubların ictimai təşkilata çevrilməsi daha önəmlidir, nəinki bir şəxsdən asılı olması".
Abdullayev U-17-lər arasında Azərbaycanda keçiriləcək AÇ-2016 ilə də bağlı açıqlama verib: "AÇ-2016-nın bütün oyunları Bakıda keçiriləcək".
SOCAR-ın prezidenti sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ı ilə ilk oyuna çıxacaq "Qarabağ"a da uğurlar arzulayıb: "Proqnoz verməyəcəyəm. Amma "Qarabağ"dan uğurlu çıxış gözləyirəm".
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı