Yeni mövsümdən İspaniyanın "Eybar" klubunda çıxış edəcək Azərbaycan milisinin futbolçusu Eddi İsrafilov ötən gün rəsmən ictimaiyyətə təqdim olunub.
Qol.Az-ın məlumatına görə, bir il icarə əsasında "Eybar"da oynayacaq 22 yaşlı futbolçu keçidi haqda fikirlərini klubun rəsmi saytına bildirib:
"Növbəti mövsümü "Eybar"da keçirməyi qərara aldım. Danışıqlar uğurlu alındı və asanlıqla anlaşdıq. Düşünürəm ki, "Eybar"da uğur qazana bilərəm. Komandanın ötən mövsümkü çıxışını bəyəndim. Fikrimcə, yeni komandama faydalı olacam. Sadəcə mənə bir qədər vaxt lazımdır. Bu ilin "Eybar" üçün çox uğurlu olacağına inanıram".
Klub prezidenti Aleks Aranzabal da millimizin üzvü haqda xoş sözlər deyib: "Eddi fiziki cəhətdən yaxşı formadadır. Hava mübarizələrində yaxşı təsir bağışlayır və gözəl hücum potensialına malikdir. İsrafilov "Eybar" üçün uyğun futbolçudur. Bu, onun üçün özünü La Liqada yaxşı tərəfdən göstərməsi baxımından yaxşı fürsətdir".
Qeyd edək ki, müqavilə ilə "Mursiya" klubuna məxsus olan Eddi İsrafilov yeni mövsümdən La Liqada çıxış edəcək "Eybar"ın şərəfini qoruyacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”