“Neftçi”ni qarşılamağa çıxıblar, UEFA-nın kubokunu alıb” (VİDEO)

“Neftçi”ni qarşılamağa çıxıblar, UEFA-nın kubokunu alıb” (VİDEO)
VİDEO 13 İyul 2015 / 15:57 9926
-  A +

“Neftçi”nin Avropa Liqasının elə birinci təfnifat mərhələsindəcə mübarizəni dayandırması bu klubun çıxışını yenidən müzakirə mövzusuna çevirib.

Azərbaycanın ən köklü klubu olan və xalq komandası sayılan “Neftçi” yarandığı gündən indiyədək həmişə cəmiyyətin diqqət mərkəzində olub.

Qol.Az saytı aşağıda sizə təqdim etdiyi bu videonu “Mozalan” satirik kinojurnalının hələ 1985-ci ildə çəkilmiş buraxılışından götürüb. Bu kadrlarda “Neftçi”nin SSRİ çempionatındakı uğursuz çıxışına ironiyalı münasibət var.

Bunun indi də aktual olduğunu nəzərə alaraq, Azərbaycanın üç böyük aktyoru – Siyavuş Aslan, Eldəniz Zeynalov və İlham Namiq Kamalın rol aldığı həmin buraxılışın “Neftçi” ilə bağlı hissəsini təqdim edirik.


Son xəbərlər
topaz banner