Bakı “İnter”inin yarımmüdafiəçi Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi
- Avropa Liqasının II təsnifat mərhələsində İslandiyanın "Hafnarfyordur” komandası ilə qarşılaşacaqsınız. Oyunöncəsi komandanızda ab-hava necədir?
- Hər şey normaldır. Çünki ilk mərhələni keçə bildik. Bu, komandanı xeyli ruhlandırdı. Yeni transferlərimiz də növbəti oyun üçün sifariş edildi. Tam heyətlə növbəti oyuna hazırlaşırıq. Bu turu da keçə bilərik. Əsas odur ki, səfərdən sərfəli nəticə ilə qayıdaq.
- Rəqibiniz haqda məlumatınız var?
- Tam olaraq oyunlarını izləməmişik. Ancaq bilirik ki, bu komanda son illərdə yaxşı çıxış edir. Hətta Avropa Liqasının “pley-off” mərhələsinə qədər irəliləyib. Zəif komanda deyil. Güclü rəqib də deməzdim. Bizim üçün keçiləsi rəqibdir. Ancaq bunu deməklə iş bitmir. Mərhələ keçmək üçün səfərdə qol və ya qollar vurmalıyıq. Belə olarsa, evdə daha rahat oynaya bilərik.
- "Hafnarfyordur” bizə tanış rəqibdir. “Neftçi” Avropa Liqasında bu komandanı məğlub etməklə mübarizədən kənarlaşdırıb.
- O vaxtdan indiyə qədər komandada xeyli dəyişiklik olub. Əslində İslandiya çempionatı bizimkindən çox da fərqlənmir. Yaxşı hazırlaşaq bu mərhələni də keçəcəyik.
- Hazırda “İnter”in oyununda əsas çatışmazlıqlar nədən ibarətdir?
- Oyunumuz haqda xoş sözlər deyə bilmərəm. Məşqçinin istədiyi oyunu göstərə bilmirik. Amma indiki məqamda nəticə də çox vacib idi. Daha yaxşı oynayıb, mübarizəni dayandıra da bilərdik. Yəni belə oyunlarda nəticə daha önəmli olur. Sevinirik ki, yaxşı oynamasaq da, növbəti mərhələyə yüksəldik. Baxımlı oyun göstərə bilməməyimiz başadüşüləndir. Heyətimiz yeni qurulub. “İnter” indi tam fərqli sistemlə oynayır. Beş müdafiəçidən ibarət taktiki sxemimiz var. Biz də çalışırıq ki, bu dəyişikliklərə uyğunlaşaq.
- “Neftçi”də çıxış edərkən daha çox irəli atıldığını, qapıya zərbələr vurduğunu görürdük. “Laçi” ilə oyunlarda bunun şahidi olmadıq.
- İndi xətli müdafiə sistemi ilə oynayırıq. Məşqçi top saxlamağı, cinahlara ötürmələri bizdən – orda xətt oyunçularından tələb edir. Ona görə də çox irəli gedə bilmirəm. Ancaq zaman keçdikcə oyunumuzu daha da artıracağıq. İndi əsasən məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq.
- “İnter” ən yaxşı dövrlərində də Avropa Liqasında bir mərhələdən artıq keçə bilməyib. "Hafnarfyordur” səddini keçə bilsəniz, komandanın ən böyük uğuru olacaq. Bu, komandanıza motivasiya ola bilər?
- Bunu biz də fikirləşirik. “İnter”in hazırkı heyəti əvvəlkindən o qədər də fərqlənmir. Bu gün əsas problemimiz oyunçularla yox, zamanla bağlıdır. Yəni yeni futbolçular bir yerdə az məşq edib. Bu vəziyyətdə əsas iş biz futbolçuların üzərinə düşür. Klubun bu çətin vəziyyətində II təsnifat mərhələsini keçsək, “İnter” üçün əla nəticə olar. Bəli, bunu düşünmək bizə əlavə güc verir.
- "Hafnarfyordur”la görüşdə “İnter”dən daha baxımlı oyun görə bilərik?
- Qeyd etdiyim kimi, əsas nəticə qazanmaqdır. Ancaq inanıram ki, getdikcə oyun baxımından da irəliləyiş olacaq. "Hafnarfyordur”la görüşdə yeni transferlərimiz də meydana çıxa bilər. Hər halda fərqli bir oyun olacaq.
- Sabiq komandan “Neftçi”nin Avropa Liqasındakı uğursuz çıxışı haqda nə deyə bilərsən?
- “Neftçi”nin bu uğursuzluğu başadüşüləndir. Çünki heyət gənclərdə ibarətdir. Təcrübəsizlik sözünü dedi. Amma pis oynamadılar.
- “İnter”ə qoşulan əksər futbolçular kimi sən də altı aylıq müqavilə bağladın.Yəqin ki, “İnter”də qalmağın klubun maliyyə durumundan asılı olacaq.
- “İnter”ə gəlişimin əsasən səbəbi komandanın Avropa Liqasında çıxış etməyidir. Altı aylıq müqavilə bağlamağım isə ondan irəli gəlir ki, klubun vəziyyəti hələlik bilinmir. “İnter”ə sırf oynamaq üçün keçmişəm. Maliyyə tərəfini o qədər də fikriləşmirəm. Klubun vəziyyəti yaxşılaşsa, heç başqa yerə getməyi düşünmərəm. Hər şey ürəyimiz istəyən kimi olsa, nəinki altı aylıq, 2-3 illik müqavilə də bağlamağa hazıram. “Neftçi”də oynayanda da heç vaxt pul söhbəti etməmişəm. Yalnız maaş alanda hansı məbləğə oynadığımı görürdüm.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -