"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Danilo Diası transferə çıxardıqları xəbərini təsdiqləyib.
Qol.Az-ın nəlumatına görə, bu barədə o, "Futbol+" qəzetinə müsahibəsində deyib:
"Soruşa bilərsiz ki, bu, legioner sayına görədisə, Avroliqada ondan istifadə edə bilərdiz. Ancaq çalışdıq ki, gələn il çempionatda hansı heyətlə çıxış edəcəyiksə, həmin futbolçularla təlim-məşq toplanışı keçək. Bu heyətdə Danilo Diasa yer yoxdur".
Q.Qurbanovun sözlərinə görə, D.Dias transferə çıxarıldığı üçün onun ikinci komandada məşq etməsinə qərar verilib:
"Gələcəkdə necə olacağını görəcəyik. Bu haqda futbolçu özü də qərar verməlidir".
Təcrübəli mütəxəssis bildirib ki, D.Dias özünü yaxşı tərəfdən göstərsə belə, onun əsas komandaya qayıtması mümkünsüzdür:
"Açığı, Diası saxlamaq barədə düşünmürəm. Çünki onun mövqeyinə oyunçu transfer etmişik. Bildiyiniz kimi, Elvin Məmmədovu heyətə qatdıq. Əsasən həmin mövqedə yerlilərə üstünlük verdik ki, çempionatda limitlə bağlı hansısa problem çıxmasın. Bir sözlə, Danilonu əsas heyətə qaytarmağı düşünmürəm”.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”