"Qarabağ" səddini keçə bilərik" – "Rudar"ın futbolçusu

"Qarabağ" səddini keçə bilərik" –  "Rudar"ın futbolçusu
ÖLKƏ FUTBOLU 13 İyul 2015 / 02:55 7001
-  A +

Monteneqronun  “Rudar” klubunun qapıçısı Miloş Radanoviç Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində  “Qarabağ”la keçiriləcək qarşılaşma haqda danışıb.

Qol.Az-ın Monteneqro mətbuatına istinadən yaydığı xəbərə görə,  34 yaşlı qolkiper “Qarabağ”ın oyununu  hərtərəfli analiz etdiklərini deyib:

“Azərbaycan çempionuna qarşı oynayacağıq. Rəqibimizin bir neçə oyununun diskinə baxmışıq.   Texnikalı oyuna üstünlük verirlər. Heyətində səviyyəli futbolçular var. “Qarabağ” bir neçə gün əvvəl yoxlama matçında qarşılaşdığımız “Mordiviya”ya bənzətmək olar. Bu komandaların oyun stilində oxşarlıq var”.

M.Radanoviç mərhələ adlamaq şanslarını da dəyərləndirib: “Biz ilk oyundan sərfəli nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, iki oyunun nəticəsində görə növbəti mərhələyə yüksələ bilərik. "Qarabağ" səddini keçə bilərik".

Qeyd edək ki, komandalar arasında ilk oyun Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər