AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun müsahibəsi
- Avropa Liqasının I təsnifat mərhələsinə yekun vuruldu. Komandalarımızın çıxışlarını neçə qiymətləndirirsiniz. İlk olaraq Albaniyanın "Laçi" klubunu üstələyən "İnter" haqda fikirləriniz...
- Mərhələsi keçibsə, bu nəticə bizi qane edir. Lakin oyun göstərdi ki, problemlər çoxdur. Komanda, demək olar ki, yenidən qurulub. Yeni heyət, xüsusən gənc futbolçularla bu nəticə əldə olunubsa, komandanı, sadəcə, alqışlamaq lazımdır. Hesab edirəm ki, gələcək oyunlarda da uğurlar əldə edəcəklər. Mətbuat vasitəsilə oxumuşdum ki, baş məşqçi ən azı 4-5 futbolçuya ehtiyac olduğunu bildirib və növbəti oyuna kimi heyəti gücləndirəcəklər. Məncə, bu transferlər həyata keçsə və bir balaca zaman olsa, "İnter" ikinci mərhələdə də uğurlu çıxışı davam etdirə bilər.
- "Qəbələ"nın Gürcüstan "Dinamo"suna qarşı çıxışını necə dəyərləndirirsiniz?
- Mənə elə gəlir ki, "Qəbələ"dən bundan da artığını gözləməliyik. Son oyunlar göstərir ki, artıq bu komandada kollektiv formalaşır. Düzdür nəticə qazanmaq çətin görünürdü, lakin öhdəsindən gəldilər. Güclü, rəqabət aparan bir komanda yaradılıb. Hətta ehtiyatda olanlar milli komandaya namizəd olan və oyuna daxil olduğunda matçın talehini dəyişə biləcək oyunçulardır. Cavab görüşündə bunun şahidi olduq. Asif Məmmədovla Arif Daşdəmirov meydana daxil olanda hücumlar daha da artdı. Gücə güc qataraq lazım olan nəticəni əldə etdilər. Biz ancaq müsbət tərəflərini danışırıq. Hansı çatışmazlıqlar varsa, düşünürəm ki, bunları Roman Qriqorçuk bizdən yaxşı görür və qarşıdan gələn oyunlara kimi bunları aradan qaldırmağa çalışacaq. Əsas olanı edib tarixlərində ilk dəfə mərhələ adladılar. Artqı rəqib Tbilisi "Dinamo"sundan qat-qat güclüdür. Serbiya futbolu bu gün Avropada tanınır. O oyunlarda daha artıq güc sərf etmək gərək olacaq. Ancaq inam böyükdür. "Qəbələ" bu mərhələni də adlamağa layiq olan komandadır.
- Bəs "Mladost"la qarşılaşan "Neftçi" haqda nə düşünürsünüz?
- Bəzi komandalar qələbə qazanmamış mərhələ adladılar. Oyun baxımdan deyə bilərəm ki, "Neftçi" üstün futbol sərgilədi. Ancaq istənilən halda təcrübə özünü göstərir. Demək olar ki, Avropa oyunu təcrübəsinə malik olmayan heyət vardı. Son dəqiqlərdə buraxılan qol bunun sübutudur.
- Qarşıdan Çempionlar Liqasında "Qarabağ"ın "Rudar"la oyunu gəlir. Bu görüşdə Ağdam klubundan hansı nəticəni gözləyirsiniz?
- "Qarabağ" Avropada Azərbaycanı tanıdan komandadır. İnanıram ki, ilk və sonrakı oyunlarda uğurlu nəticə əldə edərək qrupa vəsiqə qazanacaq və hər birimizi sevindirəcək. Bunun üçün komandanın potensialı da, oyun dəst-xətti də var. Futbolçu seçimi də çox düzgündür. Baxmayaraq ki, bir neçə oyunçu tərk edib, ancaq "Qarabağ" komanda şəklində güclüdür. Bunu da hər dəfə sübut edir.
Mənbə: Sportnet.az
"Real"ın şikayəti rədd edildi
"Mingəçevir" "Cəbrayıl"a belə qalib gəldi - Video
“Qarabağ” UEFA reytinqində irəlilədi
4 qol vuruldu, "Mingəçevir" qalib gəldi
"Benfika" Mourinyo ilə danışıqlarda irəlilədi
“Mançester Siti" mənim yeganə seçimim idi”
2-ci liqada oyunların vaxtı açıqlandı
"Qalatasaray"da ciddi itki
AFFA-dan "Neftçi"yə rədd cavabı
Elxan Səmədovdan "Qarabağ"a təbrik
Azərbaycan kubokunun püşkü atıldı
Azərbaycan kubokunun finalı bu stadionda
Aleksander-Arnoldun durumu açıqlandı
Alleqri cəzalandırıldı
“Real” Çempionlar Liqasının tarixinə düşdü
Qol vurandan bir neçə dəqiqə sonra vəfat etdi
0:2 uduzarkən "Qarabağ"ın qələbə əmsalı 76 olub!
"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına
Kamilo Duran: "Hesabda geri düşsək də, təslim olmadıq"
"Qarabağ" çox bir şey etmədi" - "Benfika"nın futbolçusu
Prezident “Qarabağ”ı təbrik etdi
Yankoviçin durumu necədir?
"Arsenal" "Atletik"ə belə qalib gəldi - Video
"Qarabağ"ın Lissabondakı möhtəşəm geridönüşü - Video
Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”
“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi
AFFA prezidentindən “Qarabağ”a təbrik
Qurban Qurbanovdan tarixi qələbəyə reaksiya
Lissabon qələbəsi Azərbaycanı UEFA reytinqində irəli apardı
"Real" və "Tottenhem"dən qələbə, "Atletik" uduzdu
Möhtəşəm qələbə “Qarabağ”ı neçənci yerə yüksəltdi?
“Qarabağ” “Benfika”nı diz çökdürdü
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın