"Növbəti mərhələyə yüksəlməyə layiq idik. Çünki "Domjale" ilə hər iki görüşdə biz daha yaxşı oynadıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Çukariçki" klubunun hücumçusu Andriya Pavloviç Serbiya mətbuatına açıqlamasında deyib.
21 yaşlı futbolçu Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ"dən çəkinmədiklərini bildirib: "Domjale" ilə oyunlarda qol vurmaq üçün xeyli şanslarımız oldu. Ancaq bunların yalnız birindən istifadə edə bildik. Ümid edirəm ki, "Qəbələ" ilə oyunlarda daha çox qol vuracağıq.
Üç il öncə "Rad"ın heyətində "Qəbələ"yə qarşı yoxlama görüşündə oynamışam. Həmin vaxt "Qəbələ" əsasən səviyyəli legioner futbolçulardan təşkil olunmuşdu. Onların indiki heyəti haqda məlumatım yoxdur. Amma mən uğur qazanacağımıza inanıram. İlk matçımızı evdə keçirəcəyik. Bu görüşdə qələbə qazanmağa çalışacağıq. Avropa Liqasında zəif rəqib yoxdur. Lakin biz "Qəbələ"dən qorxmuruq".
Qeyd edək ki, iyulun 16-da Serbiyada keçiriləcək "Çukariçki" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?