Türkiyənin Kapadokya bölgəsində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununa çıxıb.
Qol.Az-ın məlumatına görə, komanda Türkiyə 3-cü liqa təmsilçisi “Niğdespor”la qarşılaşıb. Matş "Xəzər Lənkəran"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, Lənkəran təmsilçisi növbəti yoxlama görüşünü superliqa təmsilçisi “Kasımpaşa”ya qarşı keçirəcək. Oyuna iyulun 14-ü Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Xatırladaq ki, "Xəzər Lənkəran" ilk yoxlama görüşündə Türkiyənin “Kayseri Ərciyəsspor” klubunun A2 komandası ilə qarşılaşmalı idi. Lakin Kayseri təmsilçisinin heyətində bir sıra futbolçunun zədələnməsi səbəbindən bu görüş baş tutmayıb.
11 iyul
Yoxlama oyunu
19:30. "Xəzər Lənkəran" (Azərbaycan) - "Niğdespor" (Türkiyə) -
1:0
Qol: Rəşad Eyyubov, 34 (1:0)
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?