“Meydanda bir komanda var idi” – Dodo

“Meydanda bir komanda var idi” – Dodo
ÖLKƏ FUTBOLU 11 İyul 2015 / 00:11 4385
-  A +

“Dinamo” bizə Tiflisdə çətin anlar yaşatsa da, Qəbələdə bunu bacarmadı. Oyunun güclüsü müzakirəsiz “Qəbələ” idi”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Dodo Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” ilə cavab matçından sora deyib.

Rəqibin müdafiədən oynadığını deyən braziliyalı yarımmüdafiəçi “Qəbələ”nin əzmkar oyun sayəsində qələbə qazandığını bildirib:

“Qol vurmaq üçün çox şanslarımız oldu.  İlk hissədə imkanlarımızdan yararlana bilmirdik. Sona doğru rəqibi qapısına doğru sıxışdırmağa başladıq. Oyun boyu basqı altında olan rəqib qapısı oldu.  Bunun nəticəsində iki top vurduq. “Dinamo” çalışırdı ki, qapısını toxunulmaz saxlayaraq mərhələ keçsin. Ona görə bütün diqqətlərini müdafiəyə yönəltmişdilər. Bu da bizə qol vurmaq üçün çətinlik yaradırdı. Amma biz ilk qolu vurduqdan sonra rəqib irəli atılmağa çalışdı. Onların yaratdığı boşluq isə ikinci qolu vurmağımızla nəticələndi. “Qəbələ”nin bu gün qalib gəlməsində rəqib futbolçunun qırmızı vərəqə alması heç bir rol oynamadı. “Dinamo” Tiflisdə də qırmızı vərəqə aldı,  amma onlar bizə iki top vuraraq qələbə qazandılar”.

Dodo rəqibdən birbaş üstün oldulqarını qeyd edib: “Meydanda bir komanda var idi, o da “Qəbələ”. Biz doğma şəhərimizdə məğlub ola bilməzdik. Çünki  stadionda minlərlə azarkeş dayanmadan bizi qələbəyə səsləyirdi. Bütün komanda yoldaşlarımı və azarkeşləri təbrik edirəm”.

Daha çox


Son xəbərlər