Samir Əliyev: "Neftçi" hər iki oyunda üstün oynadı"

Samir Əliyev: "Neftçi" hər iki oyunda üstün oynadı"
ÖLKƏ FUTBOLU 10 İyul 2015 / 02:20 7600
-  A +

"Rəqib xüsusi oyun göstərmədi, nəticəyə oynadılar və qapandılar. Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər".

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu sözləri "Nefçti"nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Mladost"la 1:1 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis komandasının hər iki oyunda üstün futbol nümayiş etdirdiyini bildirib: "İki həftə hazırlıq keçmişik, bununla belə, gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komandamız hər iki görüşdə üstün oynadı”.

Qeyd edək ki, "Mladost"la Bakıda 2:2, səfərdə isə 1:1 heç-heçə oynayan "Neftçi" Avropa Liqasında mübarizəni dayandırıb. 

Daha çox


Son xəbərlər