"Hər iki oyunda 10 nəfərlə oynamağa məcbur edildik"

"Hər iki oyunda 10 nəfərlə oynamağa məcbur edildik"
ÖLKƏ FUTBOLU 10 İyul 2015 / 01:55 5095
-  A +

"Qəbələ" zəif rəqib deyil. Qırmızı vərəqəyə qədər bərabər səviyyəli oyun gedirdi. Düşünürəm ki, azlıqda qalmasaydıq, normal nəticə əldə edə bilərdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Dinamo"nun prezidenti Roman Pipiya Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"yə məğlub olduqları görüşdən sonra deyib.

Klub rəsmisi komandasının hər iki matçda 10 nəfərlə oynamağa məcbur edildiyini bildirib: "Oyun haqqında nə deyə bilərəm? Hər iki oyunda bizi 10 nəfərlə oynamağa məcbur etdilər. Sizcə, bizim düşdüyümüz vəziyyət yaxşıdır? Hər iki oyunda eyni hadisələr təkrarlandı.

Hakimin "Qəbələ"yə rəğbətinin olub-olmaması haqda heç nə deyə bilmərəm. Amma onun bəzi qərarları bizdə suallar doğurdu. Bundan əlavə bizim futbolçumuz qol vurduğumuz epizodda əllə oynamamışdı. Həmin epizodun təkrarını dəfələrlə izlədim. İstəsəniz, siz də gedib baxa bilərsiniz".

Daha çox


Son xəbərlər