“Qəbələ”nin müdafiəçisi Ruslan Əmircanovun Qol.Az saytına müsahibəsi
- Uzun müddətdri ki, zədədən əziyyət çəkirsən. İndi durumun necədir?
- Fiziki hazırlıq üzrə yeni məşqçimizlə hazırlaşıram. Mənə çox kömək edir. Təxminən 10 gün bu cür davam etsəm, komanda ilə birgə məşqlərə qoşula bilərəm.
- Zədən həddindən artıq çox çəkdi.
- Bəli, İtaliyada əməliyyat olunandan sonra tez sağalacağımı zənn edirdim. Ancaq beş ayda iki dəfə əməliyyat olunduğum üçün mənə çətin oldu. Türkiyədə ayağımdakı zədəyə düzgün diaqnoz qoymamışdılar. Məşqdə ağrılar hiss edirdim. Tükiyəli həkimdən ağrıların səbəbini soruşanda bildirirdi ki, guya keçib gedəcək. Məni əsas narahat edən dizimdəki problem olsa da, Türkiyədə yalnız mensk əməliyyatı etmişdilər. İtaliyada ayağıma baxanda məətəl qaldılar. Dedilər ki, bu ayaqla necə səkkiz ay məşq etmisən. “Qəbələ” klubu sona qədər arxamda durdu. Başqa klub olsaydı, əməliyyatı üzərinə götürməzdi. Düşünərdilər ki, bu futboçunun müqaviləsi baş çatır, üstəlik səkkiz aydır oynamır, bizə kömək edə bilməyəcək. Amma “Qəbələ” rəhbərliyi mənə sona qədər dəstək oldu. Onlar da bilirlər ki, mən sağalmaq üçün çox çalışıram. Mən bura komandaya kömək etmək üçün gəlmişdim. Təəssüf ki, gələn gündən zədələr məndən əl çəkmədi. İndi artıq özümdə irəliləyiş hiss edirəm. İstəsəm, sabah da komanda ilə birgə məşqə çıxa bilərəm. Ancaq ayağımın tam sağalmağını gözləyirəm.
- Avropa Liqasının ilk təsnifat mərhələsində komandanız Tbilisi “Dinamo”su ilə qarşılaşacaq. Rəqibiniz haqda nə fikirdəsən?
- Rəqibimiz çox güclü komandadır. Hər zaman Gürcüstan futbolu deyəndə ilk ağlımıza gələn “Dinamo” olub. Bu komandanın böyük bir tarixi var. Bildiyimizə görə, hazırda komanda əsasən gənc futbolçulardan ibarətdir. Yaşlı futbolçu yalnız vaxtilə mənimlə “İnter”də çıxış edən Aleksandr İaşvilidir. “Dinamo”nun Avropa Liqasına vəsiqə qazanmağı onların gücündən xəbər verir. Hər halda rəqibimiz “Vest Hem” və ya digər güclü Avropa klubu deyil. Gürcüstan futbolu bizimkindən çox da fərqlənmir. “Dinamo”nun nə bizdən güclü, nə də zəif olduğunu deyə bilərəm. Hər halda komandamıza inanıram. Ancaq onu da bilirəm ki, bizə asan olmayacaq.
- “Dinamo” son illərdə ardıcıl ölkə çempionu olub. Son yoxlama oyunlarında da heç də zəif olmayan rəqiblərə qalib gəldilər. Bu amillər sizi rəqibə qarşı ehtiyatlı davranmağa vadar edirmi?
- Düzdür, maksimum məsuliyyətli olacağıq. Ancaq rəqibimiz indiki ilə müqayisədə əvvəlki illər daha güclü idi. 2012-ci ildə mən “İnter”də çıxış edəndə “Dinamo” ilə qarşıaşmışdıq. O vaxt biz onlara 2:3 hesabı ilə uduzduq. Həmin dövrdə “Dinamo”nun heyətində səviyyəli legionerlər var idi. İndi isə komandanın özəyini gənclər təşkil edir.
- Rəqibi ətraflı analiz etmisiniz?
- Hələ ki, yox. Bu gün “İnter”lə yoldaşlıq oyunumuz var. Bu oyundan sonra rəqibin hər bir futbolçusu barədə məlumat toplayacağıq, onların gücül və zəif cəhətlərini aşkar edəcəyik. Məşqçimiz bu işləri nə vaxt etməli olduğunu yaxşı bilir.
- Ötən mövsüm “Qəbələ” Avropa Liqasının ilk təsnifat mərhələsindəcə mübarizəni dayandırdı. Komandanız tarixində ilk dəfərə avrokuboklara vəsiqə qazandığı üçün həmin uğursuzluq adi qarşılandı. Bu dəfə isə komandanızdan gözləntilər çoxdur.
- Düzdür, ötən il təcrübəsizlik özünü göstərdi. Əslində o vaxt da yaxşı futbolçularımız var idi. Ancaq müəyyən səbəblərdən uğursuzluğa düçar olduq. İndi isə tam fərqli komandamız var. Heyətə cəlb olunan bütün yeni futbolçular baş məşqçinin istəyi ilə gətirlib. Məşqçi onları yaxşı tanıyır. Məncə, oyunumuzda heç bir anlaşılmazlıq olmayacaq. Sanki bu futbolçular uzun illərdir “Qəbələ”də çıxış edirlər. Yəni belə bir kollektivimiz var. İndiki heyətimiz ötənilki ilə müqayisədə daha səviyyəli futbolçuardan ibarətdir.
- Yəni ötən illə müqayisədə indi mərhələ keçmək şansınız daha yüksəkdir?
- Əminliklə deyə bilərəm ki, indi daha güclüyük. Ancaq bunun mərhələ adlayacağımıza nə dərəcədə təsiri olacağını bilmirəm.
- Adətən Avropa Liqasında bir neçə mərhələ adlayan komandalar növbəti illər qarşısına qrup mərhələsinə düşməyi məqsəd qoyur. “Qəbələ”nin bu mövsüm hədəfi nədir?
- Bizim də hədəfimiz qrup mərhələsinə düşməkdir. İlk mərhələni Azərbaycanda istənilən klub keçə bilər. Hazırkı heyətlə qrup mərhləsinə qədər gedə bilərik. Komandamız buna qadirdir. Ancaq ilk növbədə “Dinamo” səddini keçməliyik. Hamımız qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik. Bu, hamımızın arzusudur. Şəxsən mən digər klublarda çıxış edərkən Avropa Liqasında bir neçə mərhələ adlasaq da, qrup mərhələsində oynamaq nəsib olmayıb. Hələ o sevinci keçirməmişəm.
- Bir mərhələ keçmək “Qəbələ” üçün uğurlu nəticə sayılmayacaq?
- Bu haqda “Dinamo” səddini keçdikdən sonra danışmaq olar. Hədəflər mərhələli şəkildə olmalıdır. Yəni ilk növbədə “Dinamo”ya necə qalib gəlməyi düşünməliyik. Mümkün qədər irəli getməyə çalışacağıq. Buna potensialımız imkan verir. Həmçinin, baxımlı oyunla da yadda qalmalıyıq.
- Baş məşqçi amilini vurğulamağı unutduq. Roman Qriqorçukun avrokuboklar təcrübəsi çoxdur.
- Bəli, baş məşqçimiz “Çernomorets”i qrup mərhələsinə yüksəldib. Komandanı bu cür oyunlara yönəltməyi yaxşı bacarır. Qriqorçuk həmişə bizə başa salmağa çalışır ki, kollektivimizdə zəif futbolçu yoxdur. Onun futbolçulardan razı olmağı bizə də yaxşı təsir edir.
Ramiq AĞAMƏMMƏDOV
Türkiyədə 600 futbolçu dindirilməyə çağırılacaq
Məşhur klub satılır
“Barselona” Reşford üçün qərar verməyə tələsmir
“Qalatasaray”dan mövsümün ilk məğlubiyyəti
"Qarabağ" derbidə "Neftçi"ni belə məğlub etdi - Video
"Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar" - Qurban Qurbanov
“Aston Villa”dan əzmkar oyun, 4 cavabsız qol
"Qarabağ" "Neftçi"yə, “Sabah” “Kəpəz”ə qalib gəldi
“Sassuolo” səfərdə “Atalanta”nı darmadağın etdi
"Sabah" səfərdən 3 xalla qayıtdı - Video
Voleybol millimiz Türkiyəyə məğlub oldu
"Oyundan yox, nəticədən məmnunam" - Valdas Dambrauskas
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Qarabağ" - "Neftçi" - Heyətlər
“Real” Rüdiger ilə danışıqları dayandırdı
Yüksək Liqanın oyun cədvəli açıqlandı
Olimpiya çempionumuz İslamiadada finala yüksəldi
Messinin 400-cü assisti
"Kəpəz" braziliyalı oyunçu ilə yolları ayırdı
"Kəpəz" - "Sabah" - Heyətlər
Ruy Koşta yenidən "Benfika"nın prezidenti seçildi
Azərbaycan klubundan Tanzaniya millisinə
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Messi dubl etdi, “İnter Mayami” 1/4 finala yüksəldi
Qrizmann Messinin La Liqadakı rekordunu qırdı
Premyer Liqanın liderindən xal itkisi - Video
“Beşiktaş” 3 xalı 3 qolla qazandı - Video
Mahir 9 turdan sonra meydana çıxdı və zədələndi
Ronaldo qollarının sayını 953-ə çatdırdı
Renat ehtiyatda qaldı, komandası xal itirdi
“Bayer Leverkuzen”dən darmadağın - Video
“Traktor” öz meydanında uduzdu
“Tottenhem” - “Mançester Yunayted” matçında 4 qol - Video
Hidayət Heydərov İslamiadanın ikiqat qalibi oldu
Millimizin üzvü 90 dəqiqə oynadı
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı