Çempionlar Liqasının final oyunu Bakıda keçirilə bilər.
Qol.Az-ın məlumatına, bu barədə məşhur Goal.com saytı yazıb.
Sayt qeyd edib ki, Avropa Oyunlarının açılış mərasimindən sonra Bakı şəhəri Çempionlar Liqasının final matçının keçirilməsi üçün məkan ola bilər. Sayt Bakı Olimpiya Stadionunun da bu turnirə layiq arena olduğunu yazıb.
AFFA-nın baş katibi Elxan Məmmədov bununla bağlı sözügedən sayta açıqlama verib. O, gələcəkdə ÇL-in finalının Bakıda keçirilməsini istisna etməyib:
“İndi bizim 68 min tamaşaçı tutumuna malik stadionumuz var. Bu, regionda ən böyük stadiondur. Onda nəyə görə Avropa Liqası və ya Çempionlar liqasının final matçlarının keçirilməsinə namizəd olmayaq?”.
Sayt yazıb ki, Bakının mövqeyinin dünya idman xəritəsində gücləndirilməsi Avropa futbolunun ən mühüm matçlarının məhz bu şəhərdə keçirilməsi ehtimalını artırır.
Qeyd edək ki, "Avro-2020"nin final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı