Avropa çempionatının seçmə qrup mərhələsində Farer adaları ilə qarşılaşan 21 yaşadək futbolçulardan ibarət milli komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Danimarkada təşkil edilən təlim-məşq toplanışında, eləcə də rəsmi oyunda U-21-in yanında olan AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Qol.Az-a fikrlərini açıqlayıb:
“İyunun 10-dan komandanın düşərgəsindəyəm. Komandanın məşq proseslərində yaxından iştirak edirdim. Yaxşı bir əhval-ruhiyyə ilə başladıq. Ağır oyun oldu. Farer adalarında həm dağlıq şəraitdə, həm süni örtükdə, eləcə də atletik və fiziki baxımdan güclü olan rəqibə qarşı yaxşı oynamaq baxımından çətinlik yaradırdı. Rəqib atletik baxımdan bizdən qat-qat üstün idi. Mübarizələrdə çətinlik çəkirdik. Bununla belə, komandamız əsl xarakter göstərdi, “döyüşdü”, ağır da olsa, qələbə qazandı. Seçmə mərhələyə qələbə ilə start vermək komandada yaxşı motivasiya yaradacaq.
Ş.Diniyev komandamızın qarşıdakı oyunlarda da yaxşı nəticə qazanacağına inandığını deyib: "Ümumiyyətlə U-21-in heyətində perspektiv vəd edən, gələcəyimizi təmin edən yetərincə futbolçu var. Sadəcə, onlar üzərlərində çox işləməlidirlər. Bu gün yığmamız komanda şəklində mübarizə aparrdı, nəyə qadir olduğunu göstərdi. Qazanılan 3 xal münasibəti ilə U-21-in məşqçi heyətini və futbolçuları təbrik edirəm”.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı