Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Şərəf” ordeni ilə təltif olunub.
Qol.Az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, dövlət başçısı iyunun 17-də yüksək mükafatı Patrik Hikkiyə təqdim edib. Mərasimdə çıxış edən İ.Əliyev deyib: “Cənab prezident, ilk növbədə Sizi yubileyiniz münasibətilə təbrik etmək istərdim. Çox şadam ki, Siz ad gününüzü Bakıda, əminəm, Sizə çox yaxın olan bir ölkənin paytaxtında qeyd edirsiniz. Fürsətdən istifadə edərək Avropada idmanın, Olimpiya hərəkatının inkişafı naminə həyata keçirdiyiniz işlərə görə Sizə təşəkkürümü bildirmək istərdim.
İyirmi ilə yaxındır Avropa Olimpiya ailəsinin üzvü olaraq mən Sizin qitəmizdə idmanın inkişafına sadiqliyinizə, fəaliyyətinizə və fədakarlığınıza çox yaxşı bələdəm. Mən Avropa Olimpiya Komitəsinin iclaslarında bizim birgə iştirak etdiyimiz vaxtları xatırlayıram. Təəssüf ki, hazırda mən işimlə əlaqədar iclaslarda iştirak edə bilmirəm, lakin Sizin fəaliyyətinizi yaxından izləyirəm. Mən Sizi dünyada Avropa idmanının təbliği ilə bağlı əldə etdiyiniz böyük nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.
Əlbəttə ki, ilk Avropa Oyunlarının təşkili ilə bağlı Avropa Olimpiya ailəsinin dəstəklədiyi qərar tarixi qərar idi. Biz ilk Oyunları Bakıda keçirməkdən qürur duyuruq. Bu, bizə ölkəmizi təqdim etmək, imkanlarımızı nümayiş etdirmək və möhtəşəm tədbiri təşkil etmək imkanı verir. Biz ictimaiyyətin bu tədbirə böyük maraq göstərdiyini görürük. Əminəm ki, Oyunlar sona çatandan sonra biz minlərlə insanın, xüsusilə uşaqların idmana marağının artmasının, çempion olmağa çalışmasının şahidi olacağıq. Bu, Azərbaycanda idmanın gələcək inkişafında olduqca müsbət rol oynayacaq.
Avropada, Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafındakı böyük nailiyyətləri nəzərə alaraq mən Sizin Azərbaycanın ən ali mükafatlarından biri olan “Şərəf” ordeni ilə təltif edilməyinizlə bağlı Sərəncam imzalamışam və onu Sizə təqdim etmək istəyirəm”.
Sonra Prezident İlham Əliyev “Şərəf” ordenini Patrik Hikkiyə təqdim edib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib: “Cənab Prezident, bu, mənim üçün şərəfdir. Bu yüksək mükafata görə Sizə təşəkkür edirəm. Biz birlikdə uzun yol qət etmişik. Mən Sizi şəxsən uzun illərdir tanıyıram. İndi mən Azərbaycanı və Azərbaycan vətəndaşlarını yaxından tanımaq imkanını əldə etmişəm. Bura mənim ikinci evim kimidir. Mən burada özümü çox rahat hiss edirəm, hər kəsdən ehtiram görürəm. Bütün Avropadan mənə Oyunların təşkili, keçirildiyi yerlər, buradakı rəqabətlilik, qonaqpərvərliklə bağlı fikirlər bildirirlər. İndiyədək mən heç bir şikayət almamışam - nə nəqliyyat, nə qida, nə də başqa məsələlərlə bağlı”.
Patrik Hikki birinci Avropa Oyunlarının ilk günlərində Azərbaycan idmançılarının qazandıqları böyük uğurlar münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi