Azərbaycanda kifayət qədər inkişaf edən və Avropa Oyunlarının proqramına daxil olan idman növlərindən biri də cüdodur. Bu növdə ölkəmizi 9 kişi və 9 qadın olmaqla 18 idmançı təmsil edəcək. Bugünlər bütün təmsilçilərimiz kimi kimano ustalarımız da uğurlu çıxışlar üçün böyük həvəslə məşq edirlər.
Biz özümüz də qadın cüdoçularımızın hazırlıq prosesini canlı izləyərkən bunun şahidi olduq. İki saat davam edən məşq məndə xoş təəssürat yaratdı. Qızlar komandanın baş məşqçisi İbadulla Şahbanov və məşqçi Vüsal Əhmədovun bütün tapşırıqlarını həvəslə yerinə yetirir, səylə çalışırdılar.
Məşqdən sonra məşqçi və idmançılarla görüşüb bizi maraqlandıran suallara cavab vermələrini xahiş etdim. İlk növbədə İbadulla müəllimin fikirlərini öyrəndim: “Əvvəlcə onu bildirim ki, idman mütəxəssisi və Azərbaycan vətəndaşı kimi ilk Avropa Oyunlarının ölkəmizdə təşkil olunmasına görə böyük qürur və sevinc hissi keçirirəm. Uzun zamandır ki, bütün diqqətimizi Avropa Oyunlarına hazırlığa yönəltmişik. O ki qaldı idmançılarımızın çıxışlarına, inamla deyə bilərəm ki, yetirmələrimiz Oyunlarda böyük nailiyyətlər qazanmağa qadirdirlər və bizi yüksək nəticələrlə sevindirəcəklər.”
Sonra idman məktəbinin aparıcı məşqçilərindən olan Vüsal Əhmədovla söhbət etdik. O, idmançı üçün fiziki və texniki hazırlıqla yanaşı psixoloji hazırlığın da mühim rol oynadığını vurğuladı: ’’Artıq ilk Avropa Oyunları başlayıb. Əlbəttə, idmançılarımız kimi biz də həyəcan keçiririk. Bacardığımız qədər cüdoçuları psixoloji cəhətdən də hazırlayır, onlarda özünəinam hissi yaratmağa çalışırıq. Təbii ki, psixoloji hazırlığı güclü olmayan heç bir idmançı tatamidən qalib ayrıla bilməz”.
Gərgin məşqdən sonra idmançıların yorğun olmalarına baxmayaq, onlar da suallarımı həvəslə cavablandırdılar. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş Kifayət Qasımova (57 kq) məşqlərin yaxşı keçdiyini və Avropa Oyunlarında öz bəhrəsini verəcəyini bildirdi: “İndiyə kimi bir çox irimiqyaslı yarışda iştirak etmiş, nüfuzlu turnirlərin qalibi olmuşam. Amma indi Avropa Oyunları kimi möhtəşəm idman tədbirində çıxış edəcəm. Çalışacam ki, məşqçilərimin zəhmətləri hədər getməsin”.
Gənc cüdoçu Validə Mirzəzadə (70 kq) ilk dəfə Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi edəcəyinin qürurverici, eləcə də böyük tarixi hadisə olduğunu söyləməklə yanaşı, belə məsul yarışda tatamiyə çıxmağın üçqat məsuliyyət olacağını bildirdi: “Çox sevinirəm ki, ilk dəfə Avropa Oyunlarının məşəli Azərbaycanda alovlanıb.Yaşımın az olmasına baxmayaraq, bu yarışda iştirak etmək mənim üçün sevindiri haldır. İnanıram ki, Oyunlarda təkcə cüdoçularımız deyil, bütün idmançılarımız Azərbaycanı layiqincə təmsil edəcəklər. Onu da deyim ki, bu böyük idman tədbiri cüdoçular üçün üçqat məsuliyyətdir. Çünki görüşlər Ümumilli liderimiz Heydər Əliyevin adını daşıyan idman sarayında keçiriləcək və biz Ulu Öndərin ruhunu şad eləmək üçün əlimizdən gələn hər şeyi etməliyik.”
2008-ci ildən cüdo ilə məşğul olan, 7 dəfə Azərbaycan çempionu Səkinə Zayirova (52 kq) da fikirlərini bildirdi: “Avropa Oyunlarına ciddi hazırlıq gedir. Həmişə olduğu kimi bu dəfə də məşqçilərimin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışıram. Oyunlarda zəif rəqibimin olmayacağını yaxşı başa düşürəm. Bu turnirdə iştirak edən bütün cüdoçular reytinq cədvəlində ilk on altı yerdə olan idmançılardır. Ən böyük arzum Olimpiya çempionu olmaqdır. Avropa Oyunlarını öz hədəfimə çatmaq üçün ən önəmli mərhələlərdən biri hesab edirəm. Ona görə də ciddi məşq edirəm”.
Artıq 4 ildir İbadulla Şahbanov və Vüsal müəllimin rəhbərliyi ilə cüdonun sirlərinə yiyələnən perspektivli idmançı Günel Həsənli (78 kq) çətin olsa da, mükafatçılar sırasına daxil olmaq üçün var gücü ilə çalışdığını dedi: “İndiyə kimi böyük nailliyyətlərim olub. Respublika çempionu adına layiq görülmüşəm, beynəlxalq turnirlərin qalibi olmuşam. Amma Avropa Oyunları onların hamısından ali yarışdır. Mənim çəkimdə təxminən 12 cüdoçu mübarizə aparacaq. Onların arasında Olimpiya və Avropa çempionları var. Həm də rəqiblərimin arasında yaşca ən kiçiklərdən biri mənəm. Amma bunlar məni qorxutmur. Məqsədim qitə Oyunlarında uğurla çıxış etməkdir”.
Göründüyü kimi 13 nömrəli İOUGİM-un cüdoçuları Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır, fəxri kürsüdə yer tutmağa, məşqçilərinin ümidlərini doğrultmağa çalışırlar. Mən də öz növbəmdə onlara uğurlar arzulayıram. Ümid edirəm ki, cüdoçu qızlar finişdə uğurlu nəticələri bayram edəcək, ölkəmizə medal sevinci yaşadacaqlar.
Kənan NOVRUZOV
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi