Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.
Qol.Az-ın məlumatına görə, ilk yarış günündə biri kişi, digəri qadın olmaqla iki taekvondoçumuz mübarizəyə qoşulub.
58 kq
58 kq çəkidə yarışan Məhəmməd Məmmədov ilk görüşündə israilli Gili Haimovitslə qarşılaşıb. Gənclər arasında Avropa çempionu olan təmsilçimiz rəqibinə 7:4 hesabı ilə qalib gəlib. O, 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə üz-üzə gəlib. Taekvondoçumuz rəqibinə 3:8 hesabı ilə uduzaraq yarımfinala yüksəlmək şansını itirib. Lakin ispaniyalı taekvondoçu finala qədər irəlilədiyi üçün Məhəmməd Məmmədov təsəlliverici görüşə qatılacaq. O, Belarus təmsilçisi İlya Kokşintsevlə üz-üzə gəlib. Hesabı idmançımız açsa da, döyüş heç-heçə bitib – 4:4. Bu səbəbdən qalib qızıl xalla müəyyənləşib. İlk zərbə isə rəqibdən gəldiyindən Məmmədov yarışı 5-ci yerdə bitirib.
49 kq
Qadınlardan ibarət yığmamızın üzvü Patimat Abakarova 49 kq çəki dərəcəsində mübarizə aparır. Onun ilk rəqibi rusiyalı Aleksandra Liçaqina olub. Görüş idmançımızın inamlı qələbəsi ilə nəticələnib - 7:1. Abakarova 1/4 finalda yunanıstanlı İoanna Kuotsou ilə qarşılaşıb. Rəqibinə 4:2 hesabı ilə qalib gələn Abakarova yarımfinala yüksəlib. İdmançımız bu mərhələdə serbiyalı Tiyana Boqdanoçivlə üz-üzə gəlib. Taekvondoçumuz 5:1 hesabı ilə öndə olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib. Nəticədə 6:7 hesabı ilə uduzan Abakarova finala yüksəlmək şansını əldən verib. Lakin təmsilçimiz bürünc medal uğrunda mübarizəsini davam etdirib. Patimat Abakarova Erika Nikoli (İtaliya) ilə qarşılaşıb və görüşü vaxtından əvvəl xeyrinə bitirib – 13:0.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar