“Qarabağ”ın və milli komandamızın kapitanı Rəşad Sadıqov ölkə kubokunun finalında "Neftçi" ilə qarşılaşmadan sonra Qol.Az-ın suallarını cavablandırıb.
Kuboku qazanmalarının təəssüratlarını bölüşən təcrübəli müdafiəçi bundan sonrakı hədəflərindən, gələcək karyerasından və digər məsələlərdən danışıb
- Kubok qazanmaqla mövsümdə ikinci böyük uğura imza atdıq. Oyuna gəldikdə isə çox ağır keçdi. Bilirdik ki, rəqib son matçlarında qələbə qazana bilmirdi və bütün gücünü bizimlə oyuna saxlamışdı. Uşaqlar sağ olsunlar. On gün əvvəl çempion olmalarınma baxmayaraq toparlandılar, yaxşı oynadılar, xarakter göstərdilər. Fikirləşirəm ki, layiqli qələbə qazandıq.
- Oyun öncəsi mətbuat konfransında Arif Əsədov Qurban Qurbanovdan fərqli olaraq daha rahat danışırdı.
- Hər məşqçinin bir metodu var. Bu da onun metodlarından biridir. Bilir ki, futbolçular dediklərini oxuyacaq, dinləyəcək. Ola bilsin ki, futbolçularına inandığını göstərmək istədiyindən belə danışıb.
- Kubok sayı çox olmadı ki?
- Nə qazanmışıq ki, çox da olsun? “Barselona” kimi komanda 2 ilə 11 kubok qazanır, amma yenə də bezmirlər. Əslində idmançı uğurlardan doymamalıdı. Ola bilər bundan sonra bizdə biraz arxayınlıq olsun. Amma çalışacağıq ki, buna yol verməyək.
- Bəzi futbolçuların müqaviləsi bitir. Muarem artıq “Əskişəhərspor”a gedir. Çempionlar Liqası öncəsi aparıcı futbolçuların komandada getməsi oyununuza təsir edə bilər?
- Onun getməsi çox böyük itkidir. Muaremə uğurlar arzulayıram. O, bizim çox vacib bir parçamız idi. Amma bir futbolçuya belə bir təklif gəlirsə, getməsi məsləhətdir. O da istəyərdi ki, bizə kömək etsin. Bəlkə də onun karyerasında heç vaxt belə bir təklif olmayacaq. Biz çoxdan bilirdik ki, o, “Əskişəhərspor”a gedəcək. Buna baxmayaraq bütün oyunlarda canla - başla mübarizə aparırdı. Başını təhlükəyə atırdı, özünü qorumurdu. Komandada etdiklərinə görə ona təşəkkür edirəm.
- Əvəzlənəndə Muaremi qucaqladın. Yəni onu yola salırdın?
- Bəli. Qulağına da dedim ki, sənə uğurlar.
- Müəyyən müddət “Əşkişəhərspor”da oynamısan. Muaremə nə məsləhət görərdin?
- Muaremnən söhbətimdə ona Türkiyədə rəqabətin güclü olduğunu demişəm. Ani bir səhvi bağışlamırlar. Stabil oynamalısan. İndi orda limiti götürüblər. Bundan sonra ora legioner axını olacaq. Onu çox güclü rəqabət gözləyir. Ancaq Muarem ağıllı insandır. Ümid edirəm ki, uğurlu olacaq. Ona azarkeşlik edəcəyəm.
- Sabahdan (müsahibə dünən götürülüb - red.) millinin toplanışına da qoşulacaqsınız...
- Oyunlar çox olsa da olar. Əsas odur ki, zədə olmasın. Təki oynayaq. Çünki bu illəri geri qaytara bilməyəcəyik. Baxacaqsan ki, futbolu bitirmisən vən bu cür matçların həsrətindəsən.
- Ümumiyyətlə, millimizin Serbiya və Norveçlə qarşılaşacağı oyunu haqda nə deyə bilərsən?
- Serbiya bizim üçün hazırlıq rəqibi olacaq. Norveçlə oyunda isə məğlub omamamağı istərdim. Millinin təlim-məşq toplanışında çox yaxşı atmosfer olacaq. Ağır səfər olacaq. Var gücümüzlə oyuna hazırlaşacağıq. Xal itirməməyə çalışacağıq.
- Azərbaycan kubokun final matçına görə “Qarabağ” və “Neftçi”nin futbolçuları istirahət etmədi. Yəqin ki, baş məşçi sizə istirahət verər.
- Düşünmürəm. Ancaq məşqçi nə qərar versə, baxacağıq. Onsuz da bu oyuna qədər yetərincə dincəldik. Serbiya ilə oyunda da da gərək, yaxşı oynayaq ki, Norveç matçında özümüzəinam olsun.
- Karyeranı bitirdikdən sonra “Qarabağ”da qalmaq istəyirsən?
- Ürəyimdə olan 1-2 klub var. Harda davam edəcəyimi zaman göstərər. Amma “Qarabağ”da qalıb, bu komandanın uğurları üçün canla-başla çalışaram.
- Əgər karyeranı məşqçi kimi davam etdirsən yəqin ki, Qurban Qurbanovla çalışmaq istərdin.
-Təbii, əgər məşqçi olmaq istəsəm bu, mənim üçün böyük şans olar. Amma ola bilər ki, gələcəkdə idarəçi və rəhbər kimi çalışmaq istəyim.
Ergün SEYİD
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var