Araz Abdullayev: "Erkən qol oyunun taleyini həll etdi"

Araz Abdullayev: "Erkən qol oyunun taleyini həll etdi"
ÖLKƏ FUTBOLU 4 İyun 2015 / 01:27 4551
-  A +

"Bu oyuna yalnız qələbə üçün çıxmışdıq. Kuboku qazanmağı çox istəyirdik. "Neftçi" hər il titul qazanıb. Bu mövsüm də titulsuz qalmaq istəmirdik. Amma çox ağır matç oldu".

Bu sözləri Qol.Az-a açıqlamasında "Neftçi"nin futbolçusu Araz Abdullayev Azərbaycan kubokunun finalında "Qarabağ"a uduzduqları matçdan (1:3) sonra deyib.   

Təcrübəli futbolçu erkən qolun oyunun taleyini həll etdiyini bildirib: "Gözləmədiyimiz iki qol buraxdıq. Erkən qolun vurulması bəlkə də oyunun taleyini həll etdi. Amma biz çalışdıq ki, nəticəni dəyişək.

İkinci qoldan sonra daha da çətin oldu. "Qarabağ"ı təbrik edirəm, onlara uğurlar arzulayıram. Çalışacağıq ki, gələcəkdə daha yaxşı nəticələr göstərək".


Daha çox


Son xəbərlər