"İnanıram ki, maraqlı oyunun şahidi olacağıq. Belə həlledici oyunun gedişatında dəyişiklik ola bilər. Hər iki komanda istəklidir. Çalışacağıq yaxşı oyun nümayiş etdirək. Amma bir komanda meydanı qalib tərk edəcək. İstərdik ki, qalib biz olaq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Neftçi" ilə oyun öncəsi jurnalistlərə deyib.
- Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiniz?
- Bəli, müəyyənləşdirmişəm.
- "Neftçi"dən Flavinyo zədə səbəbindən meydana çıxmayacaq. Bunun sizin oyun taktikanıza təsiri olacaqmı?
– Xeyr, heç bir taktiki dəyişiklik etməyəcəyik. "Neftçi"nin son oyunlarını izləmişəm. Rəqibin sürətli futbolçuları var. Flavinyo yaxşı oyunçudur və hər zaman da bizə problemlər yaradıb. Əsas məqsədimiz sabah azarkeşlər üçün baxımlı oyunun olmasıdır.
- Penaltilər üzərində işləmisinizmi?
- Bir dəfə hazırlaşmışıq. Amma çox nadir hallarda biz penaltilər üzərində işləyirik. Çünki penalti üzərində işləmək hansısa futbolçuya ümid verə bilər. Bu da sonluqda problemə çevrilə bilər.
- Çempionatın zəif keçməsi “Qarabağ”a necə təsir edəcək?
- Çempion olduğumuz hər iki mövsüm çətin keçib. Sadəcə, yanvardan sonra heyətdə futbolçuların az olması bizə problem yaratdı. Məncə, dekabra qədərki dövr bizim üçün daha ağır keçdi. Bəzən istədiyimiz oyunu göstərə bilmədik. Amma mübarizə gərgin keçdi. Futbolçular daha istəkli mübarizə apardılar. Avrokuboka hazırlıq isə tam fərqli olur. Çalışacağıq ki, avrokuboklarda hər hansı çətinliyimiz hiss olunmasın.
- Muarem Muaremin "Eskişehirspor"la razılğa gəldiyi xəbərləri yayılıb.
- Müqaviləsi bitən futbolçuların heç biri ilə danışıqlarımız olmayıb. Hələlik bu məsələni kənara qoymuşuq. Bu matçdan sonra kimin komandada qalıb-qalmayacağı barədə məlumat verəcəyik.
- Sizcə, “Neftçi” son 7 oyunda bilərəkdən zəif çıxış edə bilərmi? Bununla bağlı “Qarabağ”da arxayınlıq yaranıbmı?
- Rəqib haqda tam məlumatlı deyiləm. "Neftçi" mənim üçün son saniyələrə kimi qaranlıq komanda olacaq. Düzdür, onlara son matçlarda qalib gəlmişik. Ancaq buna baxmayaraq, ən çətin oyunlarımız "Neftçi"yə qarşı olub. Rəqib Flavinyo istisna olmaqla, tam optimal heyətlə meydana çıxacaq. "Neftçi"nin əksər futbolçusu yaxşı formadadır və onlar sabahkı matçı səbirsizliklə gözləyirlər. Neftçi” belə oyunlardan daha çox qalib ayrılıb. Ona görə də bizi sabah çətin oyun gözləyir.
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!