"Qarabağ"sabah sabah ölkə kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq.
Komandanın aparıcı futbolçusu Vüqar Nadirov oyun öncəsi Qol.Az saytına müsahibə verib
- Sabahkı qarşılaşmaya necə hazırlaşmısınız?
- Çox ciddi hazırlaşmışıq. "Neftçi" ardıcıl iki mövsümdür ki, kubokun sahibi olur. Çoxları deyir ki, "Neftçi"də problemlər var. Ancaq mən düşünürəm ki, rəqibimizin oyununa heç nə mane ola bilməz.
- "Neftçi"nin final oyunu öncəsi problemlərini bu qədər qabartması sizi arxayınlaşdırmaq üçün atılan addım ola bilər?
- Əlbəttə, ola bilər. Ancaq biz də bunu bilirik. Arxayınlaşmaq bizlik deyil. Yəni biz də "Neftçi" qədər istəkli olmalıyıq. "Neftçi" futbolçuları mövsümü kuboksuz başa vurmaq istəmirsə, biz də əlimizdə düşən bu fürsətdən yararlanıb "qızıl dubl" etmək istəyirik. Bizim də motivasiyamız yüksəkdir. "Neftçi"nin son nəticələrinə fikir vermirik.
- Final matçında favorit olmasa da, çoxları "Qarabağ"ın kuboku qazanacağına inanır.
- Həqiqətən də finala yüksələn komandanın hər ikisi kuboku qazanmağa layiq olur. Kimin güclü olmağı isə sabah bilinəcək.
- Komandanızın kapitanı Rəşad Sadıqov "Neftçi"ni favorit görür. "Neftçi" fərəfi isə fərqli fikirdədir. Sən nə düşünürsən?
- Bəli, "Neftçi"nin kubok təcrübəsi daha çoxdur. Rəqibimiz final matçlarında uğurlu çıxış edir. "Qarabağ" isə sonuncu dəfə 2008/2009 mövsümündə finalda oynayıb.
- Bu isə o deməkdir ki, "Qarabağ"ın heyətində ilk dəfə final matçına çıxacaqsan?
- Bəli, ilk dəfə "Qarabağ"la final həyəcanı yaşayıram. Mənim üçün həm maraqlı, həm də vacib matçdır. "Xəzər Lənkəran"da çıxış edəndə "qızıl dubl" sevinci yaşamışam. Çox istəyirəm ki, "Qarabağ"da bu arzum reallaşsın.
- Bunun üçün qol vurmalısan.
- Özüm də çox istəkliyəm. Mənim işim qol vurmaqdır. Hər bir oyuna bunun üçün çıxıram. Sabahkı görüşə isə tam fərqli motivasiya ilə çıxacağıq. Sabah azarkeşləri əla bir oyun gözləyir.
Ramiq AĞAMƏMMƏDOV
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!