PSJ-nin və İsveç milli komandasının hücumçusu Zlatan İbrahimoviç dünən gecə saatlarında İstanbul aeroportunda görünüb.
Qol.Az-ın Türkiyənin "Hürriyyət" qəzeyinə istinadən yaydığı xəbərə görə, bir xanım azarkeş futbolçu ilə İstanbul Atatürk hava limanında çəkdirdiyi şəkli sosial şəbəkədə yayımlayıb. Bundan sonra məşhur oyunçunun Türkiyə klublarından biri ilə danışıqlara gəlməsi haqda müzakirələr başlayıb.
Amma “Hürriyyət” qəzetinin yazdığına görə, sonradan “Eurosport” kanalı İbrahimoviçin Stakholmdan Azərbaycanın paytaxtı Bakıya yola düşəcəyini, İstanbulda isə sadəcə, tranzitlə olduğunu yazıb.
Qeyd edək ki, artıq Türkiyənin bir çox media orqanı İbrahimoviçin İstanbuldan Bakıya getdiyini yazıb.
Lakin səfərin hansı məqsədlə həyata keçirildiyi haqda məlumat verilməyib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a bildirilib ki, onlarda bu səfərlə bağlı hansısa məlumat yoxdur.
Bununla belə, səfərin Bakıda keçiriləcək birinci Avropa Oyunlarına görə "Bakı-2015"in Əlaqələndirmə Komitəsinin dəvəti əsasında həyata keçirildiyi istisna edilmir.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə