“Klublarda yaradılan Müşahidə Şurasında AFFA-dan bir nəfər olmalıdır”
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri və "Kəpəz" klubunun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlunun Qol.Az saytına müsahibəsi
- "Kəpəz" klubunda Müşahidə Şurasının üzvü olmağınızla bağlı təklif kimdən gəldi?
- Klublarda Müşahidə Şurası AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən yaradılır. İcraiyyə Komitəsi konkret yerləri seçir və onlar klublara tövsiyə olunur. Müşahidə Şurasının üzvlərindən biri veteran futbolçu, biri ictimai, tanınmış şəxs, biri sponsor nümayəndisi, biri isə AFFA nümayəndəsi olmalıdır.
- Deməli, AFFA nümayəndəsi də klublarda fəaliyyət göstərə bilər?
- Bəli, diqqət yetirsəniz, görərsiniz ki, Müşahidə Şurası yaradılan klublarda AFFA nümayəndəsi var. Həmin klublar Məhdud Məsuliyyətli Cəmiyyətdən İctimai Birliklərə çevriləcəklər. "Kəpəz" klubu hazırda MMC-dir. Artıq klub İctimai Birliyə çevriləndə həmin təşkilatlar təsisçi olacaq.
- Müşahidə Şurasında sizin işiniz nədən ibarət olacaq?
- Təbii ki, ictimaiyətlə, fan-klublarla əlaqələr, Gəncədə klubun tədbirlərinin keçirilməsi, eyni zamanda AFFA ilə əlaqəli olan məsələlər.
- Sizin Müşahidə Şurasına üzv seçilməyiniz birmənalı qarşılanmadı. Media AFFA nümayəndəsinin hansısa klubda çalışmasını tənqid etdi.
- Bu, sadəcə Müşahidə Şurasıdır. Burda çalışmaq məsələsi yoxdur. AFFA nümayəndəsi "Neftçi"də də var, "Sumqayıt"da da. Digər klublarda da görəcəksiniz. Bəli, hansısa klubda icraçı direktor olsaydım, tənqidlərlə razılaşardım. Ancaq Müşahidə Şurası icra orqanı deyil.
- "Kəpəz"in bundan sonra AFFA-nın diqtəsi ilə idarə olunacağını iddia edənlər də var.
- Eybi yoxdur, hər kəsin fikrinə hörmətlə yanaşırıq. "Kəpəz"in nə dərəcədə AFFA-dan asılı olacağını zaman göstərəcək. Sizi əmin edə bilərəm ki, AFFA heç bir klubun, eləcə də "Kəpəz"in işinə müdaxilə etməyəcək. Hadisələrin gedişini özünüz görəcəksiniz.
- "Kəpəz"in ev oyunlarını keçirəcəyi stadionla bağlı məsələ nə yerdədir?
- Son iki gün ərzində keçirilən görüşlər konkret qərarların olacağını tam təmin edir. Qısa zamandan sonra "Kəpəz" ev oyunlarını Gəncədə keçirəcək. Bu gün (müsahibə dünən götürülüb - red.) sırf stadion məsələsi ilə məşğul olmuşuq. Gəncə şəhər və Kəpəz Rayon İcra Hakimiyyətinin başçılarnın iştirakı ilə görüş keçirildi. Gəncə şəhər stadionuna baxıldı və işə başlanması üçün tapşırıq verildi.
- "Kəpəz"in ev oyunlarını Yevlaxda keçirəcəyi ilə bağlı söhbətlər gəzirdi.
- Yevlax varinatı da var. "Dalğa Arena"nı da lisenziyalaşdırmada "Kəpəz" qeydiyyatdan keçirib. Ancaq "Kəpəz"in ev oyununu "Dalğa Arena"da keçirilməsini üçüncü variant hesab edirəm.
- Birinci variant hansıdır?
- Birinci variant Gəncə, ikinci Yevlax, üçüncü Bakıdır. Vaxt azdır. İki ay ərzində xeyli iş görülməlidir.
- İctimaiyyətlə əlaqələr sahəsində necə, görüləsi işlər çoxdurmu?
- Əlbəttə, birinci divizion və Premyer Liqa klublarının tələbləri tam fərqlidir. Bu gün "Kəpəz"in rəsmi saytı yoxdur. Komanda birinci divizionda çıxış etdiyi üçün bəzi məsələlər Premyer Liqa səviyyəsindən qat-qat aşağıdır. Bu, belə də olmalıdır. Ancaq Premyer Liqanın tələbləri başqadır. Tam əminliklə deyə bilərəm ki, o tələbləri yerinə yetirəcəyik.
- Yaxın günlərdə klubun saytının yaradılacağı gözlənilir?
- Bəli, klubun saytı və yeni mətbuat xidməti yaradılacaq. Klub bu sahədə geri qalmayacaq. Azarkeş dəstəyində isə "Kəpəz" bütün klublarla rəqabət aparacaq.
Ramiq AĞAMƏMMƏDOV
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”