“Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Bakı” ilə keçirilən oyundan (3:0) sonra müsahibə verib.
- “Qəbələ” ardıcıl ikinci mövsüm ölkə çempionatında bürünc medallara sahib çıxdı. İlk öncə təəssüratlarınızı öyrənmək istərdik.
- Komanda üçün minimum nəticə üçüncü yeri tutmaq idi. Bu da əldə olundu. Bürünc medala sahib çıxmağımız sevindirici haldır.
- Növbəti mövsüm “Qəbələ”nin hədəfi nə olacaq?
- Bu il üçüncü olduq. Gələn mövsüm isə çempionluq uğrunda mübarizə aparacağıq. Hədəf olaraq komandanın qarşısına da çempionluq qoyulub. Yeni məşqçi, yeni heyətlə istəyimizə çatacağımıza inanıram.
- Baş məşqçi Roman Qriqorçukun işi sizi qane edir?
- Qriqorçukun işi məni qane edir. İlk oyunlarda bir qədər çətinliklər var idi. Uğurlu olmamışdı. Amma sona yaxın komanda yaxşı təsir bağışladı. Məğlubiyyətsiz oyunlar seriyası əldə etdik. Bu nəticə klub tarixi üçün rekord göstəricidir.
- Komandanın qazandığı nəticə məlumdur. Bəs, sərgilənən oyun ürəyinizcədir?
- Hazırkı durumdan çox razıyam. İndi “Qəbələ” həmişə istədiyim oyunu nümayiş etdirir.
- Qarşıdan Avropa Liqasının oyunları gəlir. Qitə kuboklarında komandanın qarşısına hansı hədəf qoyulub?
- İnanıram ki, bu dəfə ötənilki kimi olmayacaq. Hədəfimiz bacardıqca maksimum irəli getməkdir.
- Heyətdə hansı dəyişikliklər olacaq?
- Bir neçə yeni oyunçunun komandaya götürülməsi üzərində iş gedir. Bəzi futbolçuları göndərəcəyik. Yeni heyətlə bu il Avropa Liqasında inamlı çıxış edəcəyimizi düşünürəm.
- “Qəbələ” üçün daha böyük stadionun inşası planı qüvvədə qalıb, yoxsa hazırkı arena ilə kifayətlənəcəksiniz?
- Bütün dünyada olduğu kimi, Azərbaycan futbolunda da infrastruktur inkişaf edir. Tələbat olanda arenanın tutumu da artır. Daha böyük stadionlar inşa olunur. Yeni, daha böyük azarkeş tutumuna malik stadiona ehtiyac olduqda, qərar verəcəyik. İndiki halda bu stadion bizi qane edir.
Mənbə: Futbolxeber.az
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi