“Qarabağ” klubunun Bakı “İnter”indən heyətinə qatdığı Coşqun Diniyev Qol.Az saytına müsahibə verib.
- Yeni komandan Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünün qızıl medallarına, son oyunlarını keçirdiyin “İnter” isə gümüş medallara sahib oldu. Təəssüratlarını öyrənək...
- Çətin çempionat oldu. Komandamızın bu qədər maddi problemlər qarşısında ikinci olması böyük uğurdur. Baş məşqçimiz Kaxaber Sxadadze də daxil olmaqla, bu işdə hər kəsin çox əməyi oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm.
- Həm Elvin Məmmədov, həm də sən “İnter”in heyətində yeni komandanıza qarşı matçda fəal görünürdünüz.
- Baş məşqçimiz Kaxaber Sxadadze bizə hər zaman dəyər verib və biz də bu dəyərin qarşılığını ödəməyə çalışdıq. Hesab heç bir əhəmiyyət kəsb etməsə də, “Qarabağ”la matçda biz Kaxa üçün gözəl oyun sərgiləmək istədik. Onu son önəmli matçında Azərbaycandan xoş təəssüratlarla yola salmaq istəyirdik.
- “Qarabağ” bütün mövqelərdə güclü futbolçulara sahib olan bir komandadır. Rəqabətdən çəkinmirsən?
- Ardıcıl iki dəfə Azərbaycan çempionu olan, Çempionlar Liqasında mübarizə aparacaq bir komandaya gedirəmsə, çətin olacağını dərk etməliyəm. Mənim üçün “Qarabağ”da mübarizə dörd qat çətin olacaq. Bu komandada irəli getmək istəyirəmsə, öz üzərimdə çox işləməliyəm.
- Səncə, bu gedişlə “İnter”in sonu nə olacaq?
- Ümid edirəm ki, hər mövsüm çempionluq uğrunda mübarizə aparan və çox komandaya başağrısı olan bir klub dağılmayacaq. Mən 14 ildir ki, bu klubdayam. “İnter”i heç vaxt belə görmək istəməzdim.
- “Qarabağ”a transfer olmadan öncə adın daha çox “Neftçi” ilə hallanırdı. Niyə məhz “Qarabağ”ı seçdin?
- Təkliflər çox idi. “Neftçi”dən və “Qəbələ”dən də təklif almışdım. Seçimimə heç kim qarışmayıb. Məni transfer etmək istəyən üç komanda ürəyimə ən yaxın olanı “Qarabağ” idi. Ona görə də bu seçimi etdim. “Qarabağ”ın Premyer Liqamızın qalibi olub, Çempionlar Liqasına vəsiqə qazanması da seçimimdə rol oynadı.
- Seçim edərkən atan Şahin Diniyevlə məsləhətləşdinmi?
- Atam hər zaman qərarlarımı özüm qəbul etməyimi istəyir. Çünki o, hər zaman mənə güvənib. “Qarabağ”ı seçən zaman da ancaq xeyir-dua verdi.
- Növbəti mövsüm atanın yeni baş məşqçisi olduğu “Kəpəz” klubu da Premyer Liqada mübarizə aparacaq. Atanın əsas rəqiblərindən olacaq bir komandaya getdin.
- Bu duel əvvəl-axır olmalı idi. Gələn mövsümdən atamın yeni komandası da çempionluq uğrunda mübarizə aparacaq və bir növ mənə rəqib olacaq. Oyun zamanı ata-oğul münasibətləri kənarda qalacaq. “Kəpzə”lə matçlarımızdan öncə atama da evdə deyəcəm ki, meydanda rəqibik, layiq olan qələbə qazansın.
- Nə vaxtsa atan səni komandasında görmək istəsə necə, gedərsən?
- Əlbəttə, gələcəkdə atam təklif göndərsə, onun komandasında oynamaq istərəm. Onun uğurlarında pay sahibi olmaq mənim üçün şərəf olar.
Ergün SEYİD
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil