Bu mövsüm çempionluq şanslarını itirən "Beşiktaş" baş məşqçisi Slaven Biliçlə yolları ayırmağa hazırlaşır.
Qol.Az-ın "Fanatik" qəzetinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi xorvatiyalı mütəxəssisin əvəzinə 5 namizəd müəyyənləşdirib.
Namizədlər arasında millimizin baş məşqçisi Robert Prosineçkinin də adı olduğu iddia edilib. O, Şenol Günəş, Mustafa Dənizli, Mirça Luçeskudan sonra 4-cü namizəd olaraq siyahıda yer alıb.
"Beşiktaş" 2013-cü ildə Slaven Biliçlə anlaşmamışdan öncə də Prosineçki ilə danışıqlara başlamışdı. Ancaq həmin vaxt xorvatiyalı mütəxəssis “Kayserispor”da qalmağı üstün tutaraq “Beşiktaş”ın təklifini qəbul etməmişdi. Bu dəfə menecerlər vasitəsi ilə Prosineçki ilə danışığa başlayan İstanbul klubu digər namizədlərdən gələcək cavaba uyğun hərəkət edəcək.
"Beşiktaş" yeni baş məşqçi vəzifəsinə sonuncu namizədin isə Braziliya millisinin sabiq çalışdırıcı Luis Felipe Skolari olduğu iddia edilir. Dünən işlədiyi "Qremio"da istefa verən portuqaliyalı mütəxəssis də "qara qartallar"ın yeni baş məşqçisi ola bilər.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı