Bakının “İnter” klubunun yarımmüdafiəçisi Mikel Alvaro Qol.Az saytına müsahibə verib. İspaniyalı yarımmüdafiəçi “İnter”in çempion ola bilməməsindən, gələcək karyerasından və digər məsələlərdən danışıb.
- Artıq Azərbaycan Premyer Liqasında 2014/2015 mövsümü başa çatır. Komandanız üçün mövsümü necə dəyərləndirirsən?
- Düşünürəm ki, mövsüm bizim üçün yaxşı keçdi. Düzdür, çempion ola bilmədik, amma bunun da səbəbləri var. Heyətdə zədəlilərin çox olması xal itkisi ilə üzləşməyimizə səbəb olurdu. Məğlub olmasaq da, bərabərliklər işimizi çətinə saldı. Xal itirdiyimiz oyunlarda qələbə qazansaydıq, bu gün istədiyimizə nail ola bilərdik.
- Çempion olmağınıza qeyd etdiyin səbəblər mane oldu?
- Əgər diqqət yetirsəniz, görərsiniz ki, “Qəbələ” ilə “İnter Arena"da oynadığımız matçdan başqa, turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan komandaların heç birinə məğlub olmamışıq. Sadəcə, son pillələrdə olan komandalarla oyunlarda xal itirmişik. Həmin qarşılaşmalar da heç-heçə bitib
- “Qəbələ” ilə səfər matçındakı son şansınızı niyə dəyərləndirə bilmədiniz?
- “Qəbələ” son zamanlar Azərbaycan Premyer Liqasının ən formada olan komandalarından biridir. Uzun müddətdir məğlub olmamaları da onlara əlavə stimul verir. Həmin matçda son saniyəyə kimi mübarizə apardıq. Qələbə qazana bilsəydik, növbəti turda “Qarabağ”la həlledici oyuna çıxacaqdıq. Lakin bərabərlik şanslarımızı tükəndirdi və “Qarabağ” çempion oldu.
- Komandada olan maddi problemlər oyunlarınıza təsir edir?
- Meydana çıxanda təbii ki, problemlər haqqında düşünmürsən. Amma evə gedəndə bu haqda fikirləşməyə məcbur olursan. Ümumi şəkildə deyə bilərəm ki, o qədər də mane olmadı. Biz peşəkar futbolçuyuq və öz işimizə də peşəkar yanaşırıq.
- Növbəti turda doğma meydanda “Qarabağ”la qarşılaşacaqsınız. Dünyanın əksər ölkələrində erkən çempion olan komandanı rəqibləri çempion olduqları üçün öz meydanlarında alqışlarla qarşılayır. Bəs siz "Qarabağ"ı necə qarşılayacaqsınız?
- Bəli, bu adət çox ölkələrdə var. Stadionda futbolçular tərəfindən dəhliz qurulur və çempionu alqışlarla qarşılayırlar. Belə qərar olsa, mənim üçün problem deyil. Onları çempion kimi alqışlayaram.
- Artıq mövsüm başa çatır. Hansısa klubdan dəvət almısan?
- Bu haqda hələ düşünmürəm. Amma təkliflər var. “İnter”də qalıb-qalmayacağım haqda qərarı mövsümün sonunda verəcəm.
- Təkliflər Azərbaycan klublarındandır, yoxsa ölkə xaricindən?
- Azərbaycandan deyil. Daha çox xarici ölkələrdən dəvət almışam. Bu təkliflər sadəcə maraq da ola bilər. Gəlin, indidən bu haqda danışmayaq. “İnter”in durumu məlum olandan sonra hər şey bilinəcək.
Ergün SEYİD
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı