Bakı-2015 ilk Avropa Oyunları üçün inşa edilmiş BMX stadionunun hazırlığını yoxlamaq üçün təşkil olunmuş sınaq xarakterli yürüşlər zamanı Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, federasiya rəsmisi yeni stadion haqda məlumat verib:
“Avropa Oyunları ərəfəsində biz daha bir gözəl idman obyektində işlərin başa çatmasını qeyd edirik. Daha əvvəl ABŞ-dan dünyaca məşhur BMX ustalarından biri olan Barri Noblesi dəvət etmişdik. O, stadionu sınaqdan keçirərək, müsbət fikirlər səsləndirdi. Bu gün isə Almaniya, Rusiya və Latviyadan olan idmançılar da stadionu sınaqdan keçirirlər və gördüklərindən razılıq ifadə edirlər. Bu idman obyekti nəinki MDB-də, ümumiyyətlə Avropada tikilmiş ən gözəl BMX stadionlarından biridir. Onun bir çox üstünlükləri var. Birincisi, yerləşdiyi məkan çox gözəl seçilib. Bir tərəfi dəniz, digər tərəfi isə dağ və meşədir. Üstəlik, burada 2 start meydançası var. Halbuki, əksər stadionlarda yalnız 1 enmə zolağı var. Güman edirəm ki, yeni inşa olunan arena Azərbaycanda bu idman növünün inkişafına öz müsbət təsirini göstərəcək”.
Sahib Ələkbərov qeyd edib ki, stadionun yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər ƏIiyev göstəriş verib: “Bu ərazi çoxlarına yaxşı tanışdır. Daha əvvəl burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılmasına və ərazidə park salınmasına göstəriş verib. Onun şəxsən özünün əkdiyi ağaclar indiyə qədər burada qalır. Ölkə prezidenti İlham Əliyev isə göstəriş verib ki, bura idman şəhərciyinə çevrilsin. Burada gözəl velopark yerləşir. 4 marşrut üzrə velosipedçilərin yarış və məşq keçməsi üçün lazımi şərait var. İşlərin başa çatmasına çox az qalıb. Yaxın bir neçə gün ərzində arena tam hazır olacaq. Bundan başqa Avropa Oyunlarında həm şosse, həm də dağ velosipedi üzrə yarışlar baş tutacaq. Dağ velosipedi üzrə sınaq yarışını ötən il oktyabrın 18-də keçirdik. Hər şey hazırdı. Azərbaycan velosipedçiləri fəxr edə bilər ki, belə gözəl bazaya sahibdirlər. Bu, onların inkişafına müsbət təsir göstərəcək”.
Federasiyanın vitse-prezidenti “Tour d’Azerbaidjan-2015” haqda da danışıb: “Tour d’Azerbaidjan-2015” 6-10 may tarixlərində keçiriləcək. Bu yarış ölkəmizdə böyük ərazini əhatə edir, marşrut üzərində 10 rayon və şəhər var. İdmançılar 883 km məsafə qət edəcəkər. Son mərhələ həm də Avropa Oyunları öncəsi şosse yarışlarında sınaq mərhələsi hesab olunur. Mötəbər yarış üçün hər şey hazırdı. Tamaşaçılar da maraqlı idman mübarizəsindən zövq alacaqlar. Avropalı televiziya tamaşaçıları bu yarışın 3 mərhələsinə "Eurosport" kanalı vasitəsilə canlı tamaşa edə biləcəklər. Ölkəmizdə isə “Tour d’Azerbaidjan-2015”in bütün mərhələlərini "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımda izləmək mümkün olacaq”.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi