Sloveniya Milli Olimpiya Komitəsi “Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək 81 güclü idmançıdan ibarət komandanı müəyyənləşdirib.
Qol.Az-ın "Bakı-2015"ə istinadən yaydığı xəbərə görə, Sloveniyanın 12 üzgüçüsü hələ bəlli olmadığı üçün bu idmançılardan 69-nun adı açıqlanıb.
Sloveniyanı ilk Avropa Oyunlarında 43 kişi və 38 qadın idmançı təmsil edəcək. Sloveniya komandası məşqçi və nümayəndə heyəti də daxil olmaqla, 136 üzvdən ibarət olacaq. Komandaya keçmiş gimnast Aljaz Pegan rəhbərlik edəcək.
Sloveniyalı idmançılar kamandan oxatma, badminton, basketbol (3x3), boks, avarçəkmə, velosiped, bədii gimnastika, cüdo, karate, sambo, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon və güləş yarışalrında mübarizə aparacaqlar.
“Bakı-2015”də yarışacaq 12 sloveniyalı üzgüçü aprelin 26-da müəyyənləşəcək.
PSJ-yə keçə bilər
Kluba vaxtında qayıtmadığı üçün cərimələndi
"Ofsayd olduğunu biləndə məyus oldum" - Rəşad Sadıqov
“Zirə”ni finala aparan matçdan - Video
Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi
"Everton"un müdafiəçisi sıradan çıxdı
"Fənərbaxça"nın zədəli futbolçusu derbiyə hazırlaşır
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında!
Kenan Yıldız Premyer Liqa yolunda
U-14 Liqasında pley-offun püşkü atıldı
Azərbaycanın qadın millisi FİFA reytinqində neçəncidir?
Oyun gedə-gedə hakimə federasiyadan zəng gəldi - Video