Bu gün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi 12-28 iyun 2015-ci il tarixlərdə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarını yayımlamaq məqsədilə növbəti yayım sazişini Avropa qitəsinin hüdudlarından kənarda fəaliyyət göstərən Honq Konqun "Television Broadcasts Limited" (TVB) televiziya şirkəti ilə imzalayıb.
Komitədən Qol.Az-a verilən məlumata görə, Asiyanın ən böyük kommersiya şirkətlərindən biri olan TVB ilk Avropa Oyunlarını ölkəsində ödənişsiz və ödənişli şəkildə yayımlamaq üçün eksklüziv hüquqa sahib olub.
Honq Konq üzrə bütünlükdə 2,4 milyon əhaliyə xidmət göstərən TVB Yay və Qış Olimpiya Oyunlarının, eləcə də FIFA dünya çempionatının daimi yayımını həyata keçirən televiziya şirkətidir.
Məlumat üçün bildirək ki, TVB yalnız Avropa Oyunlarının deyil, Rio-2016 Yay Olimpiya Oyunlarının da yayımını həyata keçirəcəyini bəyan edib. Qeyd edək ki, Avropa Oyunlarının proqramına daxil edilmiş 16 Olimpiya idman növündən 12-si Rio olimpiadası üçün təsnifat rolu oynayacaq.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Avropa Oyunlarına göstərilən maraq getdikcə artmaqdadır. TVB sayca 56-cı yayım tərəfdaşımız olacaq və bununla da Honq Konq Avropadan kənarda Oyunları izləmək şansı əldə edən Körfəz ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan və Çinin sıralarına qoşulacaq. Gələcəkdə sıralarımıza qoşulacaq yayım şirkətlərinin siyahısının daha da artacağına əminəm. Bu beynəlxalq idman tarixinə əlavə olunacaq önəmli tədbirə göstərilən diqqətin əyani sübutudur”.
TVB-nin nümayəndəsi Patrik Li də imzalanmış yayım sazişi ilə bağlı fikirlərini bölüşüb: “İdmanın təbliği TVB kanalının əsas istiqamət fəaliyyətlərindən biridir. Biz Honq Konq xalqının Yay və Qış Olimpiya Oyunları, eləcə də futbol üzrə FIFA dünya çempionatı kimi yüksək səviyyəli idman tədbirlərini izləməsini təmin etmişik. Əminəm ki, tarixdə ilk dəfə olaraq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları da tamaşaçılarımız tərəfindən böyük maraqla izləniləcək”.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi