Premyer Liqamızın 26-cı turunda bu gün səfərdə “Bakı” ilə qarşılaşan “Simurq” 3:0 hesabı ilə qalib gəldi.
Oyunda dubl edən komandanın yarımmüdafiəçisi Samir Zərgərov qarşılaşmadan sonra Qol.Az-ın suallarını cavablandırıb
- Oyuna yaxşı köklənmişdik. İstəyirdik ki, 4-cü pillədəki yerimizi qoruyaq. Bildiyiniz kimi, son oyunumuz kubokda “Qəbələ”yə qarşı oldu və yarımfinala vəsiqə qazandıq. Komandamızda istək çoxdur. “Bakı” yaxşı komandadır. Açığı, bu hesabla qalib gələcəyimizə inanmırdıq. “Qəbələ”nin “İnter”lə oyununun nəticəsini gözləyirik.
- Dubl edərək qələbədə böyük pay sahibi oldun.
- Son vaxtlar oyunumda inkişaf var. Hər matçda qol vurmaq olmur. Bugünkü görüşdə əlimə düşən imkanlardan maksimum istifadə etdim. Çalışırıq ki, komadamız qalib gəlsin. Təbii ki, qol vurmaq sevindiricidir. Ancaq əsas istəyimiz “Simurq”un qələbəsidir.
- “Simurq”un ikinci qolu “Bakı” tərəfindən etirazla qarşılandı. Qolu qaydalar çərçivəsində vurduğunuzu düşünürsən?
- “Bakı”nın futbolçusu qapıçısına ötürmə verdi. Qapıçı da topu əlinə götürdü. Bunu hakim gördü və cərimə zərbəsi təyin etdi. Düşünürəm ki, qolu qaydalar çərçivəsində vurduq. Etiraza gərək yoxdur.
- Hazırda “Simurq” 4-cü pillədə qərarlaşıb. Liderlər qrupunda olan komandalarla mübarizənizi necə görürsən?
- Çempionat davam edir. Çalışırıq ki, hər bir rəqibdən xal alaq. Bacardığımız qədər hər bir komanda ilə mübarizə aparırıq. Çalışırıq ki, “Simurq” bu il avrokuboklarda iştirak etsin.
- Səncə, “Simurq” bu il ölkəmizi Avroliqada layiqincə təmsil edə bilər?
- Avroliqaya vəsiqə qazansaq, heyət daha da güclənəcək. Hazırkı heyətimiz də zəif deyil. Getdikcə oyunumuzda inkişaf hiss olunur.
Ramiq AĞAMƏMMƏDOV
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür