"İnter"in qapıçısı Səlahət Ağayev Qol.Az saytına müsahibə verib. Kapitan Premyer Liqamızın son turunda "Neftçi"yə qalib gəldikləri oyundan, çempionluq şanslarından və ölkə kubokundakı mübarizələrindən danışıb
- "Neftçi" bizim üçün hər zaman çətin rəqib olub. Hər iki komandanın qələbə şansları var idi. Qalib gəlməklə ən azı ikinci pillədəki yerimizi möhkəmləndirmək istəyirdik. "Neftçi" üzərində qələbə çempionluq şansımızı artırdı. Bundan sonra daha inamlı mübarizə aparacağıq.
- "Neftçi"nin baş məşqçisi Arif Əsədov məğlub olmalarına baxmayaraq oyunun onların tam üstünlüyü şəraitində keçdiyini deyib.
- Deməzdim ki, "Neftçi" bizdən üstün oynadı. Qələbə qazanan biziksə, deməli, zəif çıxış etməmişik. Təbii ki, "Neftçi"nin də oyununu qeyd etmək lazımdır. Hər iki komandanın qol epizodları az oldu. İlk hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq.
- Çempionluq şansınızın artığını dedin. Buna nə dərəcədə inanırsınız?
- "Qarabağ"ın "Qəbələ"yə məğlub olduğu oyuna qədər bizim onlara çatmağımız inandırıcı deyildi. Çünki aramızda doqquz xal fərq vardı. Lakin "Qarabağ"ın həmin oyunda xalsız qalmağı ümidlərimizi artırdı. İndi arada altı xal fərq yaranıb. Bu, elə də çox deyil.
- Ötən mövsüm çempionluq uğrunda əsas mübarizə "İnter"lə "Qarabağ" arasında getdi. Çempionatın sonuna doğru intiriqanın bu iki komanda arasında olacağını demək olar?
- Çempionluq yolunda əsas rəqibimiz "Qarabağ" ola bilər. Amma digər səkkiz komanda da bizim üçün rəqibdir. Son pillədə olan "Bakı" ilə oyunda da var gücümüzü ortaya qoymasaq, yaxşı nəticə qazanmarıq. Sona qədər mübarizə aparacağıq. Çempionluğa layiq oynasaq, buna nail olacağıq. Ən azı avrokuboklara vəsiqə qazanacağımıza əminik.
- “Qarabağ”la qarşıdakı iki oyununuz çempionluq yarışında həlledici saymaq olar?
- "Qarabağ"la iki oyunumuzun olması o deməkdir ki, hər şey özümüzdən asıldır. Amma çətin oyunlar olacaq. "Qarabağ" da liderliyini qorumaq üçün qələbə qazanmaq istəyəcək. Biz də əlimizdən gələni edəcəyik ki, arada olan altı xal fərqi sıfıra endirək. Həmin oyunlar bizim üçün ən yaxşı şans olacaq. Hər halda biz də özümüzə güvənirik.
- Ancaq "İnter" son dörd ildə "Qarabağ"a qalib gələ bilməyib. Bu statistika sizi narahat etmir ki?
- Xatırladım ki, son iki oyunda "Qarabağ"a uduzmamışıq. Düzdür, "Qarabağ" hazırda çox güclüdür. Amma futbolda istənilən nəticələr qeydə alınır. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacağımıza inanırıq. Çünki komandaya qoşulan yeni futbolçular da getdikcə formaya düşür.
- Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Xəzər Lənkəran"a qalib gəldiniz Yarımfinala vəsiqəni indidən təmin etdiyinizi deyə bilərik?
- Deməzdim ki, yüz faiz mərhələ adlamışıq. Cavab qarşılaşmasını səfərdə oynayacağıq. "Xəzər Lənkəran" gənc futbolçulardan qurulub. Hamısı həvəslidir. Meydanda 90 dəqiqə əzmlə mübarizə aparırlar. "Xəzər Lənkəran"ın zəiflədiyini demək düzgün olmaz. Təslim olmayan bir rəqibə qarşı oynayacağıq. Səfərdən də qələbə ilə qayıtmağa şalışacağıq. Kuboku qazanmaq üçün də əlimizdən gələni edəcəyik.
Ramiq AĞAMƏMMƏDOV
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord