"Belə davam etsək, avrokuboklara vəsiqə qazanacağıq" – Mendi

"Belə davam etsək, avrokuboklara vəsiqə qazanacağıq" – Mendi
MÜSAHİBƏ 9 Mart 2015 / 18:00 4727
-  A +

Premyer Liqamızın son turunda “Sumqayıt”a qalib gələn (2:0) “Qəbələ” ardıcıl üçüncü qələbəsini qazanmaqla uğursuzluq zolağından çıxdı.
Komandasının hər iki qolunun müəllifi olan seneqallı hücumçu Viktor Mendi oyundan sonra Qol.Az saytına müsahibə verib.


- Qarşılaşmanın ilk hissəsində üstünlüyü ələ alaraq hücumlarımızın kəsərini artırdıq. Bunun nəticəsində iki qol vurduq. Daha çox qol vura bilərdik, amma rəqib öz meydanına doğru çəkilməyə başladı. Matçın ikinci yarısı isə rəqibin hücuma keçməyini gözlədik ki, onları əks-hücumlarda tutaq. Amma alınmadı. Əsas odur ki, qalib gəlməyi bacardıq.

- Baş məşqçi səni niyə əvəzlədi? Komandanı hesab qane edirdi, yoxsa yorğun idin?

- Biraz yorğunluq var idi. Çünki ardıcıl olaraq çox oyun keçiririk. Hər zaman növbəti oyuna hazır olmalıyıq. “Sumqayıt”la matçda isə elə də yorğun deyildim. Meydanda mübarizəni davam etdirə bilərdim. Bu, baş məşqçinin qərarı idi.

- İkinci hissədə “Qəbələ”nin oyunu niyə alınmadı?

- Hesab bizim xeyrimizə idi və bu qələbə qazanmaq üçün kifayət edirdi. Komanda şəklində oyun qurmağa çalışırdıq. Üçüncü qolu vurmağa ehtiyac duymadıq.

- Martın 13-də Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Simurq”la qarşılaşacaqsınız. İlk oyundakı 0:3 hesablı məğlubiyyətdən sonra növbəti mərhələyə keçməyiniz nə dərəcədə realdır?

- Biz bu matça revanş qarşılaşması kimi baxırıq. Çünki onlar bizə doğma meydanda üç cavabsız qol vurdular. Bu, qəbuledilməzdir. Amma yenə də çox çətin oyun olacaq. Çünki “Simurq”un güclü müdafiə xətti var. Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq.
 
- Turnir cədvəlində 4-cü sırada olsanız da, sizdən bir pillə yuxarıda olan“Neftçi” ilə aranızda səkkiz xal fərqi var. Səncə, “Qəbələ”nin Avropa Liqasına getmək şansı qalıbmı?

- Bu növbəti oyunlarda qazanacağımız nəticələrdən asılıdır. Əgər belə oynamağa davam etsək, bu haqda düşünmək olar. Əsas odur ki, bir az güclü olmalı və çoxlu qol vurmalıyıq. Çünki qazanılan hər bir xal bizi turnir cədvəlinin ilk sıralarına yüksəldəcək.
 
- “Qəbələ” bir neçə turdur ki, tək hücumçu ilə oynayır. Ön xəttdə ikinci hücumçuya ehtiyac duyursan?

- Mənim üçün fərqi yoxdur. Bu baş məşqçinin taktiki seçimidir. Biz də onun qərarlarına hörmət edir, meydanda tapşırıqların öhdəsindən gəlməyə çalışırıq.

- Premyer Liqamızın növbəti turunda “İnter”lə qarşılaşacaqsınız. “Qəbələ” cari mövsümdə bu rəqibə qalib gələ bilməyib...

- Futbolda nə olacağını əvvəlcədən bilmək mümkün deyil. Onu deyə bilərəm ki, biz hazırda yaxşı oynayırıq. “İnter”ə qalib gəlmək və daha yaxşı olmaq üçün qol vurmalıyıq. Onları məğlub etmək şansımız var və bu şansı dəyərləndirməyə çalışacağıq.

Ergün SEYİD

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu