“Qarabağ”la müqaviləm ömürlükdür”
Bu gün “Qarabağ”ın gənc müdafiəçisi Qara Qarayev Bakı Atatürk Liseyində məktəblilərlə görüşüb. Qol.Az-ın məlumatına görə, məktəbin direktoru Ali Devrim uşaqları sevindirdiyi üçün futbolçuya təşəkkürünü bildirib: “Bu gün “Qarabağ” Azərbaycanı dünyada tanıdan bir klubdur. Bu komandanın oyunlarını izləmək çox gözəldir. Türkiyədə “Fənərbaxça”nın, Azərbaycanda isə “Qarabağ”ın oyunlarını həyəcanla izləyirəm. Bu klubun oyunlarında meydanda çox gözəl atmosfer olur. Belə bir böyük klubun bir parçası olan Qara Qarayevin aramızda olmasına çox sevinirik.”
Ağdam klubunun təcrübəli futbolçusu da bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib.
“Burda olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Hələ məktəbin qapısından içəri girəndə uşaqlıq illərim yadıma düşdü. Bu hisləri mənə yaşatdığınız üçün sizə təşəkkürümü bildirirəm”
Daha sonra 2014-cü ilin ən yaxşı futbolçusu adına laiq görülmüş Qara Qarayev məktəblilərin suallarını cavablandırıb və şagirdlərlə xatirə şəkli çəkdirib. Məktəblilər də öz kiçik hədiyyələrini futbolçuya təqdim ediblər.
Görüşdən sonra Q.Qarayev Qol.Az-ın müxbirinin suallarını cavablandırıb
- 2014-cü il “Qarabağ” üçün nə ilə yadda qaldı?
- Ötən il bizim üçün uğurlu oldu. Azərbaycan çempionu olduq, ilin ən yaxşı komandası adına layiq görüldük və Avropa Liqasında uğurla çıxış etdik. Mənim üçün də 2014-cü il əlamətdar oldu. Amma bu o demək deyil ki, hər şey idealdır. Çatışmazlıqlar var və bu il onları aradan qaldırmağa çalışacağıq.
- Ötən ilin ən yaxşı futbolçu olmağın məsuliyyətini daha da artırırmı?
- Bu ada layiq görüləndə də demişdim ki, bunu özümə mükafat kimi qəbul etmirəm. Bu mənim üzərinə düşən əlavə yükdür. Mən də bu yükü layiqincə daşımalıyam. Bu il də şəxsi titulumu qorumaq üçün əlimdən gələni edəcəm. Çalışacam ki, ili yaxşı şəkildə bitirim.
- Gələcəkdə ulduz xəstəliyinə tutulacağından qorxmursan?
- Mən bu günümə görə ətrafımdakı insanlara təşəkkürümü bildirirəm. Ətraf səni daha yaxşı analiz edə bilir və səhvlərini deyir. Çalışıram səhvləri düzəldim. Sevinirəm ki, məndə ulduz xəstəliyi yoxdur. Karyeramın və həyatımın axırına kimi belə bir şeyin olmasına da imkan verməyəcəm. Belə hisslər olanda mən hər zaman arxaya boylanıram ki, nə işlər görmüşəm, bu yerə haradan gəlmişəm. İnsanda bir az şöhrət hissi yarananda çönüb 4-5 il əvvəlinə də baxmalıdır. O anlar yadına düşəndə artıq ulduz xəstəliyi deyilən bir şey qalmır. Özündən razılıq futbolçulara həyatda və ailədə problem yaradacaq hislərdir.
- Sənə yol göstərən insanlar kimlərdir? Klubda və həyatda…
- Bu insanlar arasında baş məşqçimiz Qurban Qurbanov da var. Amma ətrafımda olan futboldankənar insanlar da mənə yol göstərir. Mənim futbolçu dostlarımdan çox ətrafimdakı digər insanlar var ki, onlar kənardan hər şeyi daha yaxşı görə bilir. Düzdür, yenə də ən böyük pay sahibi ailəmdir. Atamdan indiyənə kimi çəkinirəm.
- Uşaqlıq illərində futbol oynamaq üçün məktəbdən qaçmısan?
- Belə hallar çox baş verib. Amma düşünmürəm ki, düz etmişəm. Çünki həmin vaxtlar sadəcə məhləmizdə futbol oynamağa qaçırdım. Bunun əvəzinə dərs öyrənə bilərdim.
- Futbolu sadəcə pul qazanmaq üçün seçmisən?
- Mən futbola gəldiyim ilk vaxtlar – onda hələ yeniyətmə idim - heç nə qazanmırdım. Əksinə ilk günlər özüm futbol üçün pul xərcləməliydim. Geyim və buts almaq vəsait tələb edirdi. Pul qazanmaq da lazımdır futbolda. Yaxşi oynayıramsa, yaxşı qazanmalıyam və maddi durumum yaxşı olmalıdır.
Yeniyətməlik vaxtı futbolla məşğul olmaqdan əlavə həm də işləyirdim. Bütün xərclərimi qarşılamaq, ən əsası da futbol üçün lazım olan geyimi almaq üçün fəhləlik də edirdim. Bunu hamı bilir, ailəm də, yaxınlarım da. İndi siz ulduz xəstəliyinə tutulmaqla bağlı sual verəndə də o günlər yadıma düşdü.
- Nəzərə alsaq ki, ali təhsilin yoxdur, karyeranı bitirdikdən sonra nə işlə məşğul ola bilərsən?
- Çalışacam ki, o zamana qədər özümə bir qazanc yeri qurum. Çünki bir az problemlər oldu, ali təhsil ala bilmədim. İmtahan dövrlərində komandamla xarici səfərlərə çıxdım. Tələbə olmağı çox arzulayırdım.
- “Qarabağ”da futbolçuların şəxsi həyatına nəzarət edirlər?
- Bizdə kollektiv bir ailə kimidir. Sənə öz həyatın üçün nümünə götürə biləcəyin bir mühit yaradılıb. Bu klubdakı birlik, güvənmək, möhkəm dostluq insanın həyat tərzinə müsbət təsir edir. Bəzən elə problemlərimiz olub ki, baş məşqçimizi narahat etmədən futbolçularla öz aramızda danışıb həll etmişik.
- Valideyinlərin “Qarabağ”ın oyunlarına baxıb nə hisslər keçirir ?
- Bəzən oyunlarda elə epizodlar olur ki… Evə gələndə görürəm buna görə atamın şəkəri qalxıb. Sonra anama baxıram, görürəm, kövrəlib.
- Avroliqada son iştirakınıza görə dövlət başçısından aldığınız mükafatdan əlavə “Qarabağ”a qeyri-rəsmi mükafat verən oldu?
- Prezidentimizin bizi qəbul etməsi elə bizim üçün ən böyük mükafat idi. Çünki biz xalqımız üçün mübarizə apardıq və bunun sayəsində dövlət başçısının da diqqət mərkəzində olduq. Biz o görüşə mükafat üçün getməmişdik. Onun “Qarabağ”ı qalib kimi qarşılaması bizim üçün ən böyük hədiyyə idi.
- Başqa klublardan təklif almısan ?
- Yox, heç bir klubdan təklif almamışam. Ölkə klublarında oynamaq da mənim üçün maraqlı deyil. Hamı bilir ki, mən “Qarabağ”dayam və bu klubla ömürlük müqaviləm var.
Ergün SEYİD
Yuxarı
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma" ilə üz-üzə
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi