Dünən Azərbaycan Premyer Liqasında qış transfer pəncərəsi rəsmən bağlanıb.
Qol.Az-ın məlumatına görə, klublarımızdan yalnız "Qarabağ" heç bir transfer etməməsi ilə diqqət çəkib.
İnnosent Emeqara ilə yollarını ayıran Ağdam təmsilçisi Çumbinyo və İbrahim Şehiçlə müqavilənin müddətini uzadıb.
Ən çox transfer edən klub "Qəbələ", ən çox futbolçusu ilə yollarını ayıran klublar isə "Xəzər Lənkəran", AZAL və "Bakı" olub.
Premyer Liqa klublarımızın yekun transferlərini və yola saldıqları futbolçuların siyahısını təqdim edirik:
"Qarabağ"
Gələnlər: Yoxdur
Gedənlər: İnnosent Emeqara
Müqaviləsini uzadanlar: Çumbinyo, İbrahim Şehiç
"İnter"
Gələnlər: Yusuf Fentiç, Əfran İsmayılov ("Xəzər Lənkəran"), Ruben Şaken ("Feyenoord", Hollandiya), Tural Hümmətov ("Araz Naxçıvan")
Gedənlər: Mirzağa Hüseynpur ("Simurq")
"Neftçi"
Gələnlər: Aqil Məmmədov (“Bakı”), Rauf Əliyev ("Xəzər Lənkəran"), Rəhman Hacıyev ("Bakı"), Əziz Quliyev
Gedənlər: Emil Balayev ("Ayntraxt", Almaniya), Elnur Allahverdiyev
Müqaviləsini uzadanlar: Yoxdur
"Simurq"
Gələnlər: Elnur Abdullayev ("Xəzər Lənkəran"), Xuan Alvarado ("Erqotelis", Yunanıstan), Mirzağa Hüseynpur ("İnter"), Cihan Özkara
Gedənlər: Lukas Tresnak, Murad Səttarlı
Müqaviləsini uzadanlar: Benjamin Lambot
"Xəzər Lənkəran"
Gələnlər: Elbrus Məmmədov (baş məşqçi)
Gedənlər: Oğuz Çətin (baş məşqçi), Aleksandr Şemonayev, Deyan Blajevski ("Vardar", Makedoniya), Tieqo de Xesus, Rəşad Sadiqov ("Qəbələ), Elnur Abdullayev, Rauf Əliyev ("Neftçi"), Qalin İvanov ("Samsunspor", Türkiyə), Əfran İsmayılov, Cahangir Həsənzadə, Vanderson Skarduelli, Fernando Qabriel, Deyan Blajevski, Uğur Pamuk
Müqaviləsini uzadanlar: Yoxdur
"Qəbələ"
Gələnlər: Roman Qriqorçuk (baş məşqçi), Rəşad Sadiqov ("Xəzər Lənkəran"), Aleksey Qay ("Çernomorets", Ukrayna), Dmitri Bezotosnı ("Çernomorets", Ukrayna), Ruslan Fomin ("Çernomorets", Ukrayna), Mixail Sivakov ("Çernomorets", Ukrayna)
Gedənlər: Dorinel Muntyanu (baş məşqçi), Yazalde Pinto ("Jil Visente", Portuqaliya), Markinyoş, Kamran Ağayev ("Kayserispor", Türkiyə)
Müqaviləsini uzadanlar: Yoxdur
AZAL
Gələnlər: Ruslan Nəsirli, Azər Məmmədov, Nicat Qurbanov, Aleksandr Şemonayev, Valeri Kutsenko
Gedənlər: Asif Mirili, Tomi Kostadinov, Tural Nərimanov, Adil Nağıyev, Təmkin Xəlilzadə, Orxan Səfiyaroğlu, Con Kordoba, Luis Ramos,
Müqaviləsini uzadanlar: Yoxdur
"Sumqayıt"
Gələnlər: Mikayıl Rəhimov ("Bakı"), Tərzin Cahangirov (“Qəbələ”, icarəyə), Uğur Pamuk ("Xəzər Lənkəran"), Pərdis Fərcad-Azad
Gedənlər: Tərlan Əhmədli (“Zirə”, icarəyə), Ceyhun Cavadov, Tagim Novruzov; Şəhriyar Xəlilov
Müqaviləsini uzadanlar: Bəxtiyar Həsənalızadə
"Bakı"
Gələnlər: Ramazan Abbasov, Tagim Novruzov (hər ikisi “Sumqayıt”), Kamil Nurəhmədov (“Rəvan”), Murad Hüseynov (“Daqdizel”, Rusiya)
Gedənlər: Aqil Məmmədov (“Neftçi”), Yure Travner (“Ridinq”, İngiltərə), Lukas Mario Horvat, Risto Ristoviç ("Larsiya, Yunanıstan), Rəhman Hacıyev ("Neftçi"), Cəmşid Məhərrəmov ("Adanasor" Türkiyə), Mikayıl Rəhimov
Müqaviləsini uzadanlar: Yoxdur
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi