Avroliqanın qrup mərhələsində Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gələn “Dnepr”in hücumçusu Nikola Kaliniç jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, "Dnepr"in hər iki qolunun müəllifi olan xorvatiyalı hücumçu qarşılaşma və qrupdan çıxmaq şansları haqda danışıb.
- Qələbə bizim üçün çox vacib idi. Bilirdik ki, itiriləcək bir şeyimiz yoxdur. Meydanda qələbə üçün mübarizə apardıq və layiq olduğumu üç xalı qazandıq. Qrupdan çıxma üçün şansımızı geri qaytardıq. İndi dörd xalımız var. Növbəti oyunları da qələb ilə başa vurmağa çalışacağıq.
- Sizcə, qrupdan çıxmaq üçün hansı komandaların şansı daha çoxdu?
- Təbii ki, “İnter” favoritdir. Digər üç komanda sona qədər mübarizə aparacaq. Məncə, qrupun taleyinə son oyunda aydınlıq gələcək.
- Kiyevdə məğlub olsanız da, bu gün qələbə qazandınız. İlk oyundan fərqli nə etdiniz?
- Bu gün (dünən - red.) "Qarabağ"dan güclü idik. İlk oyunda da qol vurmaq imkanlarımız oldu. Ancaq yararlana bilmədik. Bu gün isə şanslarımızdan maksimum istifadə etdik. "Qarabağ" da yaxşı komandadır. Ancaq rəqibi stələməyi bacardıq
- Vurduğun qollardan hansı daha çətin alındı?
- Erkən qol vurmağa çalışırdıq. İkinci qol daha çətin oldu. İncə ötürmə verilmişdi, əvvəl birbaşa qapıya zərbə endirmək istədim, ancaq boşluq çox olduğu üçün fırlanıb, vurdum. Ümid edirəm ki, qarşıdakı oyunlarda da fərqlənəcəm.
- Çoxları düşünür ki, "Dnepr" üçün Premyer Liqa Avroliqadan daha vacibdir.
- Xeyr. Bu, belə deyil. Bütün turnirlərdə uğur qazanmağa çalışırq. Hər oyuna qələbə üçün çıxırıq. Bizim də istəyimiz "pley-off"a vəsiqə qazanmaqdır.
PSJ-dən “Liverpul”a
"Qarabağ"dan mövsümün ilk oyununda qələbə - Video
Qurban Qurbanov Sefasın durumundan danışdı
“Zamanla daha yaxşı “Şamaxı” görəcəyik” - Azər Bağırov
“İlk oyundan bizim üçün böyük siqnal oldu” - Qurban Qurbanov
Bəhlul 6 aydan sonra meydana qayıtdı - Video
“Qarabağ” mövsümə qələbə ilə start verdi
Messinin komandası hakimin cəzalandırılmasını tələb edir
“Real”ın yetirməsindən rekord transfer
"Bavariya" səhmlərini satışa çıxarır
Neymar yeni qaydanın tətbiq olunduğu ilk futbolçu oldu
İnfantinonun yenidən seçilməsinə etiraz etdilər
"Qarabağ" - "Şamaxı": Heyətlər
Arda Turan bombalar altında yaşadıqlarını danışır - Video
Luis Enrike: “Gördüklərimdən razıyam, nəticədən yox”
İtaliya klubunun futbolçusu xəstəxanalıq oldu
"Qarabağ"da şok itki
Buskets “Barselona”ya məşqçi kimi qayıtdı
"Yuventus"dan yeni transfer
Azərbaycan millisi Belarusa uduzdu
"Sumqayıt"ın xəsarət alan futbolçusu əməliyyat olundu
"İmişli"də ayrılıq
“Sabahın Ulduzları”: "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
“Qarabağ”ın yenilənən meydançasının son durumu - Video
PFL Zubirə təşəkkür etdi
“Sumqayıt”da 4-cü, Premyer Liqada 71-ci legioner
“Neftçi”nin 25 il gözlədiyi start
“Artıq “Zirə” üçün hər oyun final kimi olacaq”