Avropa Liqasının noyabırın 6-da Bakıda keçiriləcək “Qarabağ” - “Dnepr” oyunundan öncə Ağdam klubunun brazilyalı yarımmüdafiəçisi Danilo Dias Qol.Az-ın suallarını cavablandırıb.
- Uzun müddətdir, zədəlisən. Hazırda özünü necə hiss edirsən?
- Hər gün yaxşıya doğru dəyişikliklər olur .Zədəmin tezliklə sağalması üçün əlimdən gələni edirəm. Amma oynamamaq məni çox üzür. Komandamla birlikdə məşq etmək, meydana çıxmaq istəyirəm. Çünki mən hamiya kim olduğumu sübut etməliyəm. İnanıram ki, tezliklə sağalacam və yenə də komandamın uğurları üçün çalışacam.
- Klubda işlərin necə gedir?
- “Qarabağ”da özümü ikinci evimdəki kimi hiss edirəm. Bura mənə çox doğmadır. Hamı bir-birinə hörmət edir, sevincinə, kədərinə şərik olur. Bu klubdan ayrı qalmaq çətindir.
- “Qarabağ”ın “Dnepr”lə Bakıda oyunundan nə gözləyirsən?
- Çox çətin matç olacaq. Amma mən bilirəm ki, komandam bu oyuna hər cəhətdən hazırdır. Biz bütün oyunlara yaxşı hazırlaşıb, meydana uğur qazanmaq üçün çıxırıq və bunun üçün bacardığımızı edirik. “Qarabağ” hər oyuna ciddi yanaşır. Bu da bizi hər zaman qələbəyə aparır. Qalib gəlmək üçün yaxşı çalışmaq və Tanrıya inanmaq lazımdır. “Dnepr”lə oyunda da komandamla birgə olacam və komandamı dəstəkləyəcəm. Sabahkı ağır sınaqda ürəyim “Qarabağ”la olacaq. Biz bu oyuna yaxşı köklənə bilsək, qalib gələcəyik.
- Səncə, “Qarabağ” Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazana biləcək?
- Bizi təkcə “Dnepr” deyil, “Sent-Etyen” və “İnter”lə də çətin oyunlar gözləyir. Bu qrupda vəziyyət çox mürəkkəbdir. Ona görə də bütün diqqətimiz qarşıdakı oyunlara yaxşı hazırlaşmaqdır. İnanıram ki, zədəmi tezliklə sağaldıb Azərbaycan çempionatında və Avropa Liqasının qalan oyunlarında klubuma kömək edəcəm.
Ergün SEYİD
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı