“Qarabağ” klubunun hücumçusu Vüqar Nadirov Qol.Az saytına müsahibəsində Premyer Liqamızın son turunda “Araz Naxçıvan”a qalib gəldikləri oyundan (4:0), Avropa Liqasınını qrup mərhələsində noyabrın 6-da “Dnepr”ə qarşı keçiriləcək görüşdən və digər məsələlrədn danışıb.
- Autsayder üzərində qazanılan asan qələbə haqda fikirlərini öyrənək...
- “Araz Naxçıvan” autsayder olsa da, son oyunlarda pis təsir bağışlamırdı. Biz də bunu bilirdik və rəqibə ehtiyatla yanaşırdıq. Bir sözlə arxayınlamadıq. Bu, özünü hesabda göstərdi. İstədiyimiz qələbəni qazandıq.
- Bu görüşü “Dnepr”lə oyun öncəsi məşq adlandıranlar da var.
- Rəqibi bu qədər kiçiltmək istəmirəm. Biz məşqlə oyunun fərqini yaxşı başa düşürük. Düzdür, “Dnepr”lə oyun öncəsi daha asan rəqiblə qarşılaşmağımız yaxşı oldu. Ancaq “Araz Naxçıvan” da zəif komanda deyil. Əsgər Abdullayev həmişə yaxşı komanda formalaşdırıb.
- Ancaq “Araz Naxçıvan” klubu bu gün fəaliyyətini dayandırdığını bəyan edib.
- Bəli, bundan xəbərdarıq. Klubun belə qərar verməsinə bizə böyükhesablı məğlubiyyətin nə dərəcədə təsiri olub-olmadığını bilmirəm. Klub daxilində nə baş verdiyindən xəbərimiz yoxdur. Buna görə də bu haqda geniş danışa bilmərəm.
- Avropa Liqasının qrup mərhələsində növbəti görüşünüz Bakıda “Dnepr”ə qarşı olacaq. Bu oyun haqda nə düşünürsən?
- “Dnepr”in necə ciddi riqib olduğunu yaxşı dərk edirik. İlk oyundan bu komandaya qalib gəldik. Ancaq qrupda ən çətin rəqibimiz “Dnepr”dir. Belə komandaya qarşı meydançada çox çalışmalısan. Kiyevdə sərgilədiyimiz oyunu Bakıda da təkrarlamalıyıq. Başqa cür bu komanda ilə bacarmaq çətin olar. Hiss edirik ki, tam azarkeşlərlə dolu stadionda oynayacağıq. Doğma azarkeşlər qarşısında yaxşı nəticə qazanamalıyıq.
- “Dnepr”i “İnter” və “Sent Etyen”dən güclü sayırsan?
- Bəli, fiziki cəhətdən “Dnepr” qrupda ən güclü və bizim üçün ən çətin rəqibdir.
- “Dnepr”in futbolçuları açıqlamalarında ilk oyunda uduzsalar da, “Qarabağ”dan daha güclü olduqlarını deyiblər.
- Mən də bu açıqlamaları oxumuşam. Əlbəttə ki, rəqibin hirsli halda belə açıqlamalar verməyi təbiidir. Biz onların fikirlərinə hörmətlə yanaşırıq. Bizə “Dnepr” futbolçularının nə dediyi maraqlı deyil. Öz işimizlə məşğuluq. “Qarabağ” sözünü oyunu ilə deyir.
- “Qarabağ”la görüş “Dnepr” üçün qrupdan çıxmaq baxımından həlledicidir. Bu amil rəqibin daha istəkli olmasına səbəb ola bilər?
- Bizim üçün də qələbə çox vacibdir. Çünki öz meydanımızda oynayacağıq. Biz də bu qarşılaşmaya həlledici oyun kimi yanaşırıq. Buna görə də rəqib qədər biz də istəkli olacağıq. Kiyevdəki qələbədən sonra komandamızda özünəinam hissi daha artıb. Hər oyunda olduğu kimi “Dnepr”lə qarşılaşmaya da qələbə əzmi ilə çıxacağıq.
- Kiyevdəki oyunla müqayisədə bu görüşün daha asan olacağını demək olar, yoxsa çətin?
- Yeganə üstünlüyümüz doğma azarkeşlər önündə oynamağımız olacaq. Ancaq biz səfər qarşılaşmalarında daha çox qalib gəlmişik. Məncə, hər iki komanda üçün bu oyun əvvəlkindən daha asan olmalıdır. Çünki artıq komandalar bir-birini tanıyır. “Dnepr”in də səfər komandası olduğunu bilirik. Buna görə də var qüvvəmizi sərf edəcəyik ki, bizə lazım olan nəticəni qazanaq.
- Mahmid Qurbanov milli komandanın heyətini açıqladı. O, bir neçə gənc futbolçuya dəvət göndərib. Əvəzində milliləşdirilmiş əksər legionerlərdən imtina edib. Millimizin üzvü kimi bu qərara münasibətini bilmək istərdik.
- Mahmud Qurbanov əvvəlcədən demişdi ki, yerli futbolçulara üstünlük verəcək. Mənim fikrimcə də belə daha yaxşıdır. Millimizdə azərbaycanlılar oynamalıdır.
Ramiq AĞAMƏMMƏDOV
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı