"İnter" Avropanın nəhəng klublarından biridir. Ancaq bu komandanın dünənki oyunu mənə aydın olmadı. Bunu "Qarabağ"a da aid etmək olar. Bilmək olmurdu ki, komandaların gücü hansı səviyyədədir. "İnter"in oyununu başa düşmədim. Bu da yəqin heyətdəki dəyişikliklərlə bağlıdır. Konkret desək, "İnter" yalnız ustalıq səviyyəsində "Qarabağ"ı üstələdi. Məncə, "Qarabağ" topa nəzarətdə rəqibindən geri qalmadı".
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"inə uduzduğu oyun (0:2) haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın məğlub olmasına baxmayaraq alqışa layiq oyun nümayiş etdirdiyini bildirib: "Qarabağ" bacardığı qədər mübarizə apardı. Komandamıza alqış düşür ki, adlı-sanlı rəqib qarşısında dizləri əsmədi. "İnter" ağıllı, nəticəyə hesablanmış futbol oynadı. Hərdən imkan verirdi ki, "Qarabağ" oynasın. Komandamıza görə fəxr edə bilərik. Çünki "İnter" kimi komandanın qarşısında müdafiədə oturmadılar, topu hara gəldi vurmadılar. Çalışdılar ki, qol vursunlar. Ancaq ustalıq səviyyəsinin yetərincə olmaması buna imkan vermədi. Nəticəni normal saymalıyıq. Məğlubiyyəti faciəyə çevirmək lazım deyil. "İnter"lə dünənki oyunumuz uğursuz sayılmamalıdır. "Qarabağ" layiqli müqavimət göstərdi. Yaxşı çıxış etməyin qarşındakı rəqibdən də asılıdır. "Qarabağ"ın hücum xətti ümidləri doğrultmadı. Buna isə "İnter"in kompakt müdafiəsi səbəb oldu".
Ş.Diniyev "Qarabağ"ın qrupda keçirəcəyi növbəti oyun haqda da fikirlərini bildirib. O qeyd edib ki, "Dnepr"lə qarşılaşma daha çətin ola bilər: "Dnepr"lə oyun tam başqa məcrada keçəcək. "İnter" taktikaya üstünlük verirsə, gücünü bölməyi bilən, nəticəyə oynayan komandadırsa, "Dnepr" daha çox atletik futbola üstünlük verir. Ümumiyyətlə, Ukrayna futbolu fiziki keyfiyyətləri ilə seçilir. "Dnepr" 90 dəqiqə ərzində "Qarabağ"a çətin anlar yaşada bilər. Ancaq "Qarabağ"ın topa nəzarət etməklə bunu əngəlləməsi mümkündür. Komandamız bir qələbə qazansa, onun üçün əla göstərici olar".
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi