"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel"ə 1:2 hesabı ilə uduzduqları ilk oyun haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra açıqlamasında bunları deyib:
"Əvvəlcə "Hapoel"i qələbəsi münasibəti ilə təbrik etmək istəyirəm. Oyuna qolla başlasaq belə, rəqib önə keçməyi bacardı. Həqiqətən də keyfiyyətli komandadır. Daha çox vertikal oynayırdılar. Lakin çalışırdıq ki, ritmi qoruyaq. Oyuna maksimum hazırlaşmağa çalışmışdıq. Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar.
Sürüşkən hesabdır. Yəni, şansımız var. Ötən mərhələdə "Orhus"a da bu hesabla uduzmuşduq. Lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik. Biz cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik".
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video