"Sabah" "Hapoel"ə məğlub oldu

"Sabah" "Hapoel"ə məğlub oldu
ÇEMPİONLAR LİQASI 20 Avqust 2026 / 00:50 5599
-  A +

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da meydana bu gün çıxıb.

Valdas Dambrauskasın komandası Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşıb. Matç "Hapoel"in 2:1 hesablı qələbəsi ilə bitib. 

Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq 

Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.

18 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

23:00."Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" (Azərbaycan) - 2:1 

Qollar: Velko Simiç, 6 (0:1), Javon İst, 43 (1:1), İqor Zlatanoviç, 79 (2:1)

Baş hakim: Davide Massa (İtaliya)

Buxarest. "Culeşti" stadionu

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner