"Əlbəttə ki, Çempionlar Liqasının pley-off mərhələsi həmişə xüsusi həyəcan doğurur. Klubumuz üçün isə bu mərhələdə iştirak etmək tarixində ilk dəfədir".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə keçiriləcək ilk oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Litvalı mütəxəssis öz komandası ilə rəqibin bir-birinə bənzədiyini bildirib. O, "Sabah"ın indiyə qədər favorit sayılmadığını, ancaq indiki yerə layiq olduqlarını qeyd edib: "Biz bu oyunu böyük səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib rəqibimiz "Hapoel"i bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Bir həftədən sonra komandalardan biri tarix yazacaq və Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcək. Biz bu yola başlayanda heç favorit olmamışıq. Həmişə autsayder kimi görülmüşük. Eyni şeyi rəqib haqda da demək olar. Amma gördüyümüz iş, sahib olduğumuz keyfiyyət və futbolçularımızın meydanda göstərdiyi oyunla burada olmağa layiq olduğumuzu sübut etmişik.
İndi isə bizi çox maraqlı mübarizə gözləyir. Çünki bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq. Hər iki komanda futbol oynamaq, pressinq etmək və dominant olmaq istəyir. Hər iki tərəf ilk növbədə hücumu, sonra müdafiəni düşünür. Görək sabah bizi nə gözləyi. Biz Bakıdan bura gəlmişik. Bütün futbolçularımız sağlamdır və sabahkı oyuna hazırıq".
Qeyd edək ki, bu gün Rumıniyanın Buxarest şəhərində keçiriləcək "Hapoel" - "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü avqustun 25-i Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı