La Liqada yeni mövsümün ilk oyununu buraxacaq

La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
DÜNYA FUTBOLU 19 Avqust 2026 / 18:01 293
-  A +

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares İspaniya çempionatının ilk turunda “Malaqa” ilə keçiriləcək oyunun heyətinə daxil edilməyib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dünya çempionatından sonra istirahət edən argentinalı futbolçu tibbi müayinədən keçib və yeni mövsümə fərdi proqramla hazırlaşıb.

Qeyd edək ki, 26 yaşlı hücumçu daha əvvəl “Atletiko”dan ayrılmaq istədiyini açıqlayıb. İspaniya mətbuatının məlumatına görə, “Barselona” onun transferi üçün 130 milyon avro təklif etməyə hazırdır.

Alvaresin Madrid klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədərdir.


Qarabağ FK
Son xəbərlər
18.08.26  20:43

Doku sıradan çıxdı

topaz banner