"Bu axşam "Sabah" üçün çox vacib oyun olacaq. Bir tərəfdən rəqib çətindir. O mənada ki, Çempionlar Liqasında, özü də bu mərhələdə asan rəqib olmur. İsrailin çempionu olmaq da asan məsələ deyil".
Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın bu gün "Hapoel"lə (Beer-Şeva) keçiriləcək oyun öncəsi deyib.
Azərbaycan millisinin sabiq çalışdırıcısı 1993-1996-cı illərdə futbolçu kimi İsrail klublarında çıxış edib. Dəfələrlə "Hapoel"ə qarşı oynadığını bildirən Diniyev Beer-Şeva təmsilçisinin çox güclü rəqibləri üstələyərək İsrail çempionu olduğunu və buna görə də "Sabah"ı çətin görüşün gözlədiyini qeyd edib:

Şahin Diniyev
"Orada uzun müddətdir öz sözünü deyən "Makkabi" (Təl-Əviv), "Makkabi" (Hayfa) "Hapoel" (Təl-Əviv), "Hapoel" (Hayfa), komandaları var. Onlar illərdir ki, dominantlıq edirlər. Bunların arasında çempion olmaq elə-belə deyil. Düşünürəm ki, böyük maliyyə dəstəyinə malikdirlər. Onsuz mümkün olmazdı. "Srvena Zvezda"nı da keçiblərsə, deməli, sıradan bir rəqib deyillər. Məncə, "Sabah" üçün çətin olacaq. Amma rəqib üçün də asan olmayacaq. Çünki "Sabah" yaxşı formadadır. Taktiki bir savaş olacaq. Oyunun proqnozunu vermək çox çətindir. Vaxtilə dəfələrlə "Hapoel"ə qarşı oynamışam. Ancaq biz indi yalnız statistikanı görürük. İsrail klubunun 90 dəqiqə necə oynadığını görməmişik. Ona görə də ilk görüşdən sonra fikir söyləmək daha asan olar. Mənə elə gəlir ki, hər iki qarşılaşmada bolqollu oyun olacaq, azarkeşlər maraqlı bir matç izləyəcəklər. Çünki hər iki komanda hücum etməyi, açıq futbolu sevir".
Ş.Diniyev İsrail çempionatının və ümumilikdə futbolunun Azərbaycandan daha güclü olduğunu vurğulayıb: "Birmənalı olaraq İsrail çempionatı daha güclüdür. Düzdür, "Qarabağ"ın avrokuboklarda uğurları var. Amma bir komanda çempionatın səviyyəsini göstərmir. İsraildə "Qarabağ" kimi avrokuboklarda mütəmadi uğurlu çıxış edən klub olmaya bilər, amma çempionatlarının səviyyəsi bizimkindən daha yuxarıdır. Bir neçə il İsraildə oynayan biri kimi deyə bilərəm ki, çox yaxşı çempionatdır. Həm milli, həm də klub səviyyəsində İsrail bizdən öndədir".
Ramiq Ağaməmmədov
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video